Page 60 - anderson_Макет 1
P. 60

Şervud Anderson

                Deyvid Hardini dә bu qadın böyütmüşdü vә bu sәbәbdәn
            Deyvidin uşaqlığı çox da şәn vә gözәl keçmәmişdi. O, insanlar
            haqqında qәti düşüncәlәrә sahib olmaq üçün hәlә çox gәnc idi,
            amma anası barәsindә yavaş-yavaş bәzi qәnaәtlәrә gәlmәk
            mәcburiyyәtindә qalırdı. Deyvid sakit vә sözәbaxan uşaq idi.
            Vaynzburqlular uzun müddәt idi ki, onun gicbәsәr olduğunu
            fikirlәşirdilәr. Gözlәri qәhvәyi rәngә çalırdı. O, gözlәrini bir
            nöqtәyә zillәyib dәqiqәlәrlә baxır, amma fikri özgә yerlәrdә
            olduğu üçün nә gördüyünün fәrqinә varmırdı. Anasının әsәbilәşib
            qışqırdığı, atasını danladığı vaxtlarda Deyvid qorxur, qaçıb
            hansısa bir küncdә gizlәnirdi. Bәzәn gizlәnmәk üçün yer tapa
            bilmәyәndә çaşıb qalırdı. Üzünü ağaca tәrәf, evdә olanda isә
            divara tәrәf çevirir, gözlәrini yumur vә çalışırdı ki, heç nә
            düşünmәsin. Deyviddә öz-özünә danışmaq vәrdişi yaranmış vә
            çox gәnc yaşda qәribә bir kәdәr onun hәyatına hakim kәsilmişdi.
                Amma babasını görmәk üçün Bentli fermasına getdiyi vaxtlarda
            çox xoşbәxt vә sevincli olurdu. Bәzәn istәyirdi ki, heç evә
            qayıtmasın. Bir dәfә fermadan evә dönәrkәn bir hadisә baş
            vermiş vә bu hadisә Deyvidi çox qorxutmuşdu.
                Deyvidi qәsәbәyә fermadakı fәhlәlәrin biri gәtirirdi. Onun
            nәsә tәlәsik işlәri olduğu üçün oğlanı düz evlәrinin qabağına
            aparmamış, küçәlәrinin tinindә qoyub getmişdi. Payız axşamının
            şәr qarışan vaxtları idi vә sәma buludlarla örtülmüşdü. Hәmin
            vaxt Deyvidә nәsә olmuşdu. O, anasının vә atasının yaşadığı evә
            getmәk istәmirdi vә düşünürdü ki, evdәn qaçsın. Deyvid qәrara
            gәlmişdi ki, tәzәdәn babasının fermasına qayıtsın, amma yolu
            tanımadığı üçün azmış, nә edәcәyini bilmәdәn ağlaya-ağlaya,
            qorxa-qorxa saatlarla kәndin yad küçәlәrini dolaşmışdı. Üstәlik,
            yağış da yağır vә arabir çaxan ildırım әtrafı işıqlandırırdı. Deyvidә
            elә gәlirdi ki, qaranlıqda nәsә qәribә şeylәr görür, әcaib sәslәr
            eşidir. Elә bilirdi ki, indiyәcәn insan ayağı dәymәyәn dәhşәtli bir
            yerә düşüb. Әtrafındakı qaranlıq qatı vә sonsuz görünürdü.
            Ağacların budaqlarında vıyıldayan külәyin sәsi isә lap dәhşәtliydi.
            Yolun kәnarından fayton keçdiyi vaxt Deyvid daha da qorxmuş
            vә hasarı aşaraq әkin sahәsinә keçmişdi. O, tarla boyunca bir
            xeyli qaçmış, sonra diz üstә çökәrәk axtardığı babasını tapa

          60
   55   56   57   58   59   60   61   62   63   64   65