Page 64 - anderson_Макет 1
P. 64

Şervud Anderson

            ilahi işarәlәri ilә öz torpaqlarını vә ev-eşiklәrini atıb başqa
            diyarlara köçür vә yeni nәsillәri dünyaya gәtirirdilәr. Mәhsul dar -
            lı ğın yüksәk olması vә torpaq sahәlәrini genişlәndirmәsi üçün
            gecә-gündüz yorulmadan işlәdiyi zamanlarda o, çox heyifsilәnirdi
            ki, bu güc-qüvvәni, bu tükәnmәz enerjini mәbәdlәr tikmәk,
            kafirlәri öldürmәk vә  Tanrının uca adını yer üzündә yaymaq
            uğrunda sәrf etmir.
                Cessinin hәsrәtindә olduğu şey bu idi.  Amma bu, onun
            yeganә dilәyi deyildi. Onun gәnclik çağları vәtәndaş müharibәsindәn
            sonrakı illәrә düşmüşdü vә yeni-yeni yaranmağa başlayan müasir
            sәnayeçiliyin tәsirlәri kәnd mühitindә әksәr çağdaşları kimi
            Cessidәn dә yan keçmәmişdi. O, fermadakı işlәri daha az adamla
            görmәk üçün yeni qurğular almışdı. Bәzәn fikirlәşirdi ki, gәnc
            olsaydı, fermerlikdәn әl çәkib Vaynzburqda müxtәlif qurğu vә
            maşınlar istehsal edәn fabrik açardı. Cessi qәzet vә jurnal oxumaq
            vәrdişinә yiyәlәnmişdi. O, simlәrdәn çәpәr düzәldәn qәribә bir
            alәt kәşf etmişdi. Hәr zaman xәyalında canlandırdığı köhnә
            mәkanlardakı, köhnә zamanlardakı mühit, gec dә olsa, artıq ona
            qәribә görsәnirdi vә Cessi anlayırdı ki, o mühit indiki insanların
            düşüncәsinә nә qәdәr yad imiş. Dünya tarixinin әn materialist
            dövrünün başlanmasını hamı kimi Tanrıya tapınan Cessi dә hiss
            edirdi. Bir müddәt sonra müharibәlәrin artıq vәtәnpәrvәrlik
            duyğuları ilә aparılmayacağını, insanların daha Tanrıya inanmayıb
            ancaq mәnәvi-әxlaqi dәyәrlәrlә yaşayacağını, hakimiyyәt ehtirasının
            xalqa xidmәt etmәk istәyini üstәlәyәcәyini, hәr kәsin var-dövlәt
            uğrunda çarpışdığı bir vaxtda gözәlliyin unudulacağını Cessi çox
            aydın görür vә anlayırdı. O, ac bir ehtirasla әkin-biçin işindәn dә
            yaxşı bir iş tapıb, pulu daha tez vә rahat qazanmaq istәyirdi.
            Cessi bir neçә dәfә kürәkәni ilә sırf bu haqda danışmaq üçün
            qәsәbәyә getmişdi.
                – Sәn bank işçisisәn. Ona görә dә mәnim әlimdә heç vaxt ol-
            mayan imkanların var, – bu zaman Cessinin gözlәri parıldayırdı.
            – Mәn hәmişә bu haqda fikirlәşirәm. Ölkәdә çox ciddi hadisәlәr
            baş verir. İnan ki, bu gedişlә mәnim xәyal elәdiyimdәn dә çox
            pul qazanmaq imkanı olacaq. Çalış kәnarda qalmayasan. Kaş
            hәlә cavan olardım, sәnin kimi. Kaş mәnim dә әlimdә bu cür
            imkanlar olardı.


          64
   59   60   61   62   63   64   65   66   67   68   69