Page 48 - anderson_Макет 1
P. 48
Şervud Anderson
qoca Ceyk Trunyon idi. O, qulaqları çox zәif eşitdiyindәn qışqıra-
qışqıra danışırdı. Sonra Corc qapının örtüldüyünü gördü. Sakit
küçәdә hәr yan qaranlığa vә sükuta qәrq oldu. Corcun әsmәsi
daha da güclәndi.
Corc vә Luiz Villiamzın anbarı yanında qaranlıqda
dayanmışdılar. Onların heç biri danışmağa cәsarәt etmirdi. Qız
elә dә gözәl deyildi vә indi burnunun yanında qara bir lәkә gözә
dәyirdi. Corc fikirlәşdi ki, yәqin, mәtbәxdә hansısa qazanı
götürәndәn sonra әlini burnuna vurub.
Gәnc oğlan gәrgin halda gülmәyә başladı.
– Fikir verirsәn, hava necә mülayimdi? – deyә sözә başladı.
Әllәri ilә qıza toxunmaq istәdi. “Yox, deyәsәn, qorxuram. Kaş,
heç olmasa, paltarının qoluna toxuna bilәrdim. Ah, nә gözәl
olardı!” – düşündü.
– Bilirәm, sәnә elә gәlir ki, mәndәn üstünsәn. Demәyinә
gәrәk yoxdur, mәn özüm dә bunu hiss edirәm, – Luiz vәziyyәtdәn
çıxmağa çalışaraq dedi vә oğlana daha da yaxınlaşdı.
Corc Villardın dili açıldı. Küçәdә qızla rastlaşarkәn onun
gözlәrindә gördüyü ifadәni vә yazdığı mәktubu xatırladı. Bütün
şübhәlәri özündәn uzaqlaşdırdı. Qәsәbәdә qızla bağlı gәzәn bәzi
söz-söhbәtlәri dә yadına saldı vә bu, ona daha da inam verdi.
Özünü әsl kişi kimi hiss edib cәsarәtlәndi vә tәşәbbüsü әlә aldı.
Corcun ürәyindә qıza qarşı hәr hansı şәfqәt hissi yox idi.
– Narahat olma, dediyimә qulaq as. Hәr şey yaxşı olacaq.
Heç kәs xәbәr tutmayacaq, – deyә Luizi razı salmağa çalışdı.
Onlar gәzmәyә başladılar. Arasından alaq otları çıxan kәrpic
döşәnmiş dar sәkidәn keçdilәr. Bәzi yerlәrdә kәrpic yox idi. Sәki
kobud vә әyri-üyrü idi. Corc qızın әlindәn tutdu. Qızın әli dә
kobud idi. Amma Corca elә gәldi ki, onun әli balaca vә zәrifdir.
– Burdan o tәrәfә gedә bilmәrәm, – Luiz dedi. Onun sәsi çox
sakit vә tәlaşsız idi.
Onlar balaca çayın üstündәki körpünü keçdilәr. Başqa qarğıdalı
sahәsinin yanına gәlib dayandılar. Küçә hәmin yerdә qurtarırdı.
Yolun kәnarındakı dar cığırda yan-yana yox, ard-arda getmәyә
mәcbur qaldılar. Bir az aralıda Vill Overtonun gilәmeyvә sahәsi
var idi. Sahәyә bir xeyli taxta tökülmüşdü.
– Vill gilәmeyvәlәri saxlamaq üçün anbar tikmәk istәyir, –
Corc dedi.
48