Page 44 - anderson_Макет 1
P. 44

Şervud Anderson

                Hәkim Parsival indi dә Corcun insanlara bәslәdiyi münasibәt
            haqqında danışmağa başladı. Oğlana elә gәlirdi ki, hәkimin
            yeganә mәqsәdi bütün insanları onun gözündә nifrәtәlayiq varlıqlar
            kimi göstәrmәkdir.
                – İstәyirәm sәnin ürәyini nifrәtlә doldurum ki, özünü
            başqalarından üstün bilәsәn, – dedi. – Mәnim o qardaşıma fikir
            verdin? Gördün necә adam idi? O, hamıya nifrәt elәyirdi. Tәsәvvür
            elәyә bilmәzsәn ki, o, anama, mәnә necә nifrәtlә baxırdı. Mәgәr
            o, bizdәn üstün deyildi? Sәn dә bilirsәn ki, üstün idi. Sәn onu
            görmәmisәn, amma bunu hiss elәmәyin üçün mәnim söhbәtlәrim
            kifayәt elәyib. Mәnim söhbәtlәrimdәn bunu hiss edә bilirsәn. O,
            indi ölüb. Bir dәfә kefli olanda relslәrin ortasında yatır, yük
            vaqonlarından biri dә hәmin vaxt onun üstündәn keçir.
                Bir dәfә avqust ayında Hәkim Parsivalın başına bir hadisә
            gәldi. Artıq bir ay idi ki, Corc Villard hәr sәhәr hәkimin otağına
            gәlir, vaxtının bir saatını burada keçirirdi. Hәkim yazmaqda
            oldu ğu kitabdan parçalar oxumaq üçün özü bunu Corcdan
            istәmişdi. O, bir dәfә Corc Villarda Vaynzburqa gәlmәk mәqsәdinin
            bu kitabı yazmaq olduğunu da demişdi.
                Hәmin avqust sәhәri oğlan hәlә hәkimin otağına çatmamış
            bir hadisә baş vermişdi. Meyn küçәsindә qәza olmuşdu. Qatar
            faytona qoşulmuş atları qorxutmuş vә atlar ürkәrәk sürәtlә
            qaçmışdılar. Nәticәdә balaca bir qız uşağı – bir fermerin qızı fay-
            tondan yıxılaraq ölmüşdü.
                Meyn küçәsindә hamı olanların tәsirindәn qorxmuş vә
            hәyәcanlanmışdı. Onlar bir-birlәrinә qışqıraraq hәkim çağırır,
            kimisә hәkim dalınca göndәrirdilәr. Qәsәbәnin üç әsas hәkimi
            hadisә yerinә gәlib qızın öldüyünü görürlәr. Kütlәnin arasından
            bir nәfәr dә Hәkim Parsivalın yanına qaçır. Amma Hәkim Parsival
            yaralı qıza baxmağa nәdәnsә heç düşünmәdәn etiraz elәyib,
            israrla getmәyәcәyini deyir. Onun bu etirazını, әslindә, heç kәs
            görmәmişdi. Çünki yanına gәlәn oğlan da hәkimә hadisә barәsindә
            bir-iki kәlmә deyәndәn sonra onun cavabını dinlәmәdәn tәlaş
            içindә otaqdan çıxıb aşağı düşmüşdü.
                Amma Hәkim Parsival bunu hiss etmәmişdi. Corc Villard
            onun yanına gәlәndә hәkim dәhşәt içindә idi.
                – Bu hәrәkәtim camaatı qәzәblәndirәcәk, – o, hәyәcanla

          44
   39   40   41   42   43   44   45   46   47   48   49