Page 41 - anderson_Макет 1
P. 41

Filosof

             – Bu pula nә varsa, ondan ver. İstәyirsәn, sata bilmәyәcәyin
          әrzaqlardan bişir. Mәnim üçün heç bir fәrqi yoxdur. Görürsәn, nә
          qәribә adamam? Belә şeylәr mәnim heç vecimә dә deyil.
             Hәkim Parsivalın Corc  Villarda danışdığı әhvalatların nә
          әvvәli var idi, nә axırı. Bәzәn oğlana elә gәlirdi ki, bunlar hamısı
          hәkimin uydurmalarıdır. Sonra o, tәzәdәn bu әhvalatların
          doğruluğuna inanırdı.
             – Mәn dә sәnin kimi jurnalist idim. – Hәkim Parsival danışırdı.
          – Ayovada bir qәsәbәdә yaşayırdım, ya da qoy görüm, Ayovadaydı,
          yoxsa İllinoisdәydi? Nәsә, yadıma sala bilmirәm. Әşi, elә dә
          fәrqi yoxdur. Bәlkә, mәn öz kimliyimi gizlәtmәk, sirli adam kimi
          görünmәk istәyirәm. Heç fikirlәşmisәn ki, burda bir qazancım
          olmasa da, hәmişә niyә pulum var? Bәlkә, hardansa kalan pul
          oğurlamışam, ya da bura gәlmәzdәn әvvәl kimisә öldürmüşәm?
          Görürsәn, demәk, burda nәsә düşünmәli şeylәr var, hә? Әmәlli
          jurnalist olsaydın, axtarıb araşdırardın. Çikaqoda bir dәfә Kronin
          adlı bir hәkimi öldürmüşdülәr. Eşitmişdin bu haqda? Öldürәndәn
          sonra da yeşiyә qoymuşdular. Demәli, bu yeşiyi yük arabasının
          arxasında yerlәşdirirlәr. Özlәri dә heç nә olmayıbmış kimi arabada
          öz yerlәrindә otururlar. Sәhәr camaatın yatdığı bir vaxtda sakit
          küçәlәrlә aram-aram yollarına davam edirlәr. Günәş dә tәzә çıxır,
          yavaş-yavaş uzaqdakı gölün üstündә görünmәyә başlayır, üfüq
          xәttindәn yuxarıya qalxır. Gülmәlidir, hә? Tәsәvvür elә, qәlyanlarını
          çәkә-çәkә, indi mәn necә keflә danışıramsa, onlar da o cür vec-
          siz-vecsiz söhbәt edirlәr. Bәlkә, elә o adamlardan biri mәn
          olmuşam? Necә qәribә olardı, hә? Düz demirәm?
             Hәkim Parsival söhbәtinin davamını gәtirdi:
             – Hә, nәsә, dediyim odur ki, mәn dә orda sәnin kimi jurnalist -
          lik elәyirdim. Bütün günü oyan-buyana qaçıb dәrc elәmәk üçün
          xırda-xuruş xәbәrlәr axtarırdım. Kasıb ailә idik. Anam paltar yu-
          maqla mәşğul idi. İstәyirdi ki, mәn Presbayterian keşişi olum.
          Mәn dә guya buna görә oxuyurdum. Atam neçә il idi ki, dәli
          olmuşdu. Ohayoda Deytondakı dәlixanada yatırdı. Bax, gördün,
          ağzımdan qaçırdım. Hә, bunların hamısı Ohayoda, burda olub.
          Mәni araşdırmaq üçün indi bir ipucu da qazandın.

                                                                  41
   36   37   38   39   40   41   42   43   44   45   46