Page 38 - anderson_Макет 1
P. 38
Şervud Anderson
– Mәn gedirәm, ana, buralardan gedirәm. Hara gedәcәyimi,
nә edәcәyimi bilmirәm, amma Vaynzburqdan gedәcәm.
Qadın duruxdu vә titrәyәn bәdәninә sanki güc gәldi:
– Corc, mәnә elә gәlir ki, sәn artıq oyanmalısan. Sәn dә bunu
düşünürsәn, hә? Şәhәrә gedib pul qazanacaqsan. İş adamı
olacaqsan, fәrasәtli, ağıllı, zirәk biri olacaqsan.
Qadın yenә titrәyә-titrәyә duruxub gözlәdi.
Oğlan başını yellәdi vә ciddi sәslә dedi:
– Deyәsәn, sәnә bәzi şeylәri başa sala bilmirәm. Heyif, kaş
ki sәnә anlada bilәydim. Heç atayla da bu haqda danışa bilmirәm.
Danışmağa cәhd elәmirәm. Mәncә, gәrәk dә yoxdur. Bilmirәm
nә edәcәm. Sadәcә buralardan getmәk, başqa insanları görmәk
vә tәkliyә çәkilib düşünmәk istәyirәm.
Otağa sükut çökdü. Başqa günlәrdәki kimi onlar bu sakitlikdә
yenә özlәrini narahat hiss etdilәr. Bir az sonra oğlan yenidәn
danışmağa cәhd etdi:
– Bәlkә dә, bir-iki il olar bu haqda düşünürәm, – Corc ayağa
qalxıb qapıya sarı getdi. – Atayla söhbәtdәn sonra isә bu fikrimә
tam әmin oldum. Gedәcәyәm.
Corc әlini qapının dәstәyinә atdı. Qadın otaqdakı sükuta
dözә bilmәdiyini hiss etdi. Oğlunun dediklәri onu o qәdәr
sevindirmişdi ki, sevincindәn ağlamaq istәyirdi. Amma hisslәrini
heç cür ifadә edә bilmirdi.
– İndi yaxşı olar ki, gedib gәzәsәn, dostlarınla vaxt
keçirәsәn.Yoxsa bütün günü evdә oturub qalırsan, – qadın dedi.
– Hә, düz deyirsәn, gedim gәzim, – deyә Corc cavab verdi vә
yöndәmsiz addımlarla otaqdan çıxıb qapını arxasınca bağladı.
38