Page 33 - anderson_Макет 1
P. 33
Ana
– Yaxşı olar ki, gedib gәzәsәn, dostlarınla vaxt keçirәsәn.
Bütün günü evdә oturursan, – Corcun getdiyini görәn Elizabet
pәrtliyini hiss etdirmәmәyә çalışaraq deyirdi.
– Hә, çıxım bir az gәzim, – Corc Villard da çaşqın vә narahat
halda cavab verirdi.
“Nyu Villard Hauz”un daimi qonaqlarının seyrәklәşdiyi iyul
ayında işığı azaldılmış kerosin lampaların qaranlıq dәhlizlәrdә
solğun-solğun yandığı axşamların birindә Elizabet Villardın
başına bir hadisә gәldi. O artıq neçә gün idi ki, yatağında xәstә
yatırdı vә oğlu bu bir neçә gündә ona baş çәkmәmişdi. Qadın
narahat idi. İçindә olan az-çox hәyat eşqi dә bu narahatlıqla
tamam yoxa çıxmışdı. Elizabet çarpayısından qalxdı, paltarını
geyinib qorxudan әsә-әsә oğlunun otağına tәrәf getdi. O, çәtinliklә
nәfәs alır vә yıxılmamaq üçün әli ilә dәhlizin divarların dan
yapışırdı. Dişlәri arasından dәhlizin sәrin havası keçirdi. Otağa
tәrәf gedәrkәn birdәn ağlına nә gәldisә, axmaqlığına görә özünü
qınadı.
– Onun axşamlar qızla gәzәn vaxtıdır. Öz iş-gücü dә başından
aşır. Mәn niyә nahaqdan narahat oluram?!
Elizabet bir vaxtlar atasının sahiblik etdiyi, indi dә qanuni
sәnәdlәrlә öz adına olan mehmanxananın qaranlıq dәhlizi ilә
oğlunun otağı tәrәfә gedәrkәn oteldә qalan müştәrilәrin onu
görәcәyindәn ehtiyat etdi. Artıq köhnәlib yararsız hala düşdüyü
üçün mehmanxana öz müştәrilәrini günü-gündәn itirirdi vә qadın
bunları düşünә-düşünә özünün dә bu cür köhnәlib yararsız hala
düşdüyünü fikirlәşirdi. Onun öz otağı gözdәnuzaq bir küncdә
idi. Bәzәn iş görmәklә başını qatmaq istәyәndә müştәrilәrin
mehmanxanadan çıxıb Vaynzburq küçәlәrindә ticarәtlә mәşğul
olduğu vaxtı seçir, bu vaxt әrzindә otaqları sәliqә-sahmana
salmağa çalışırdı.
Qadın oğlunun otağına çatıb qapının ağzında diz çökdü vә
içәridәn gәlәn sәslәri dinlәmәyә başladı. Corcun otaqda gәzişәrәk
asta sәslә danışdığını eşidәndә Elizabetin dodaqlarına bir tәbәssüm
qondu. Oğlunun ucadan öz-özü ilә danışmaq adәti var idi vә bu,
qadına hәmişә xüsusi zövq vermişdi. Ona elә gәlirdi ki, bu vәrdiş
oğlu ilә onun arasındakı sirli bağları daha da möhkәmlәndirir.
33