Page 28 - anderson_Макет 1
P. 28

Şervud Anderson

            әrzindә o, demәk olar ki, hәr axşam qismәtinә çıxan bu aşiqlәrlә
            görüşürdü. İkisindәn başqa hamısı eyni idi. Gözlәrindә vә
            sәslәrindә gәrgin bir canfәşanlıq sezilәn bu oğlanlar durmadan
            ehtiras haqqında danışırdılar. Onlara bәnzәmәyәn iki nәfәr isә
            bir-birindәn tamam fәrqli idilәr. Bu iki nәfәrdәn biri vaynzburqlu
            zәrgәrin oğlu idi. Ağ әllәri ilә hәmişә әtrafdakıların diqqәtini
            çәkәn bu boy-buxunlu oğlan qızla hәr görüşündә bakirәlik vә
            әxlaq haqqında danışır, heç vaxt mövzunu dәyişmirdi. Qarasaçlı,
            şәlpәqulaqlı digәr oğlanın isә danışmaqla arası yox idi. O hәr
            görüşlәrindә fürsәt tapıb qızı qaranlıq bir yerә çәkir vә onu
            öpmәyә başlayırdı.
                 Qız bir müddәt fikirlәşdi ki, zәrgәrin oğlu ilә evlәnsin.
            Görüşdüklәri vaxt sakitcә oğlanın yanında oturub saatlarla onu
            dinlәyirdi. Sonra qız nәdәnsә qorxmağa başladı. O şübhәlәndi
            ki, oğlanın әxlaq vә bakirәliklә bağlı söhbәtlәrinin arxasında,
            yәqin, digәr oğlanların şәhvәtindәn dә böyük bir şәhvәt dayanır.
            Bәzәn qıza elә gәlirdi ki, oğlan danışa-danışa onun bәdәnini öz
            әllәri ilә tutub saxlayır vә bu bәdәni ağ әllәrindә o tәrәfә, bu
            tәrәfә çevirәrәk gözlәrini zillәyib diqqәtlә ona baxır. Bir dәfә
            gecә yuxu da gördü ki, hәmin oğlan onun bәdәnini dişlәyib vә
            çәnәsindәn aşağı qan süzülür. O, düz üç dәfә bu yuxunu gördü.
            Sonra isә günlәrin birindә başqa birinә – onunla, demәk olar ki,
            söhbәt etmәyәn, amma ehtiraslı anında qızın çiynini, hәqiqәtәn
            dә, dişlәyәn oğlandan hamilә qaldı. Oğlanın diş izlәri günlәrlә
            qızın bәdәnindәn getmәdi.
                Hәkim Rifinin yanına gәlәndәn sonra hündürboy, qarabuğdayı
            qız hiss etdi ki, bu adamdan ayrılmaq istәmir. O, sәhәr-sәhәr
            hәkimin otağına girәndә bir kәlmә söz demәsә dә, hәkim onun
            dәrdini başa düşmüşdü.
                Hәkimin otağında bir qadın da var idi. Bütün köhnә kәnd
            hәkimlәri kimi Rifi dә diş çәkmәyi bacarırdı. Dişinin çәkilmәyini
            gözlәyәn qadın dәsmalı üzünә sıxıb inildәyirdi. Vaynzburqdakı
            kitab mağazasının sahibi olan әri dә onun yanında idi. Qadının
            dişi çәkilәndә әrli-arvadlı onların ikisi dә birdәn çığırmışdılar vә
            dişinin qanı qadının ağappaq paltarına axmışdı. Hündürboy,

          28
   23   24   25   26   27   28   29   30   31   32   33