Page 27 - anderson_Макет 1
P. 27

Kağız yumruları

             – Hә, romantik qoca, boşboğazlıq elәmәk әvәzinә, bir bax
          gör baş çıxara bilirsәn bunlardan? – deyәrәk şaqqanaq çәkәn
          hәkimin gülmәkdәn bütün bәdәni әsәrdi.
             Ölümündәn sonra var-dövlәti hәkimә miras qalan hәmin
          hündürboylu, qarabuğdayı qızla Hәkim Rifinin mәhәbbәt macәrası
          olduqca maraqlı әhvalatdı. Bu әhvalat  Vaynzburq bağlarında
          yetişәn çotur almalar qәdәr şirindir. Payızda bәzәn o bağları
          gәzmәk hәvәsinә düşürsәn. Ayaq altındakı torpağın donub buz
          bağladığını hiss edirsәn. Ağaclardakı almalar da artıq yığılmış
          olur. Almaları çәllәklәrә doldurub, şәhәrlәrә göndәrirlәr. Orada
          isә kitab, qәzet vә jurnal oxuyan mebelli mәnzillәrin sakinlәri bu
          almaları yeyirlәr. Ağacda qalan almalar meyvә yığanların heç
          әllәrini dә uzatmadığı tәk-tük çotur almalar olur. Bu almaların
          çoturları sanki Hәkim Rifinin әllәrinin oynaqlarına bәnzәyir. Al-
          madan bir dişlәk vuranda görürsәn ki, çox şirindir. Sonra buz
          bağlamış torpağın üstü ilә ağacdan-ağaca qaçaraq bu cür almaları
          bir-bir yığıb ciblәrinә doldurursan.  Ancaq bu çotur almaların
          dadını çox az adam bilir.
             Hәkim Rifi ilә o qızın münasibәti bir yay günündә başlamışdı.
          Onda hәkimin qırx beş yaşı var idi vә ciblәrinә kağız doldurmaq
          adәtinә artıq alışmışdı. O, bu vәrdişinә yorğun, ağ atının qoşulduğu
          faytonda oturub, kәnd yollarını asta-asta gәzdiyi zaman başlamışdı.
          Hәmin kağızlarda o, öz fikirlәrini yazırdı.
             Hәkim Rifi bu fikirlәri bir-bir, diqqәtlә tәhlil edirdi. Bu
          fikirlәrin çoxu hәqiqәtә çevrilir vә onun xәyalında getdikcә
          böyüyüb nәhәnglәşirdi. O qәdәr böyüyürdü ki, göyün üzünü dә
          bulud kimi örtürdü. Sonra qorxulu bir şeyә çevrilir vә çox
          keçmәdәn öz-özünә yoxa çıxırdı. Digәr kiçik fikirlәr dә bu cür
          böyüyür vә itirdi.
             Hündürboy, qarabuğdayı qız hamilә olduğunu zәnn etdiyi
          üçün Hәkim Rifiyә müraciәt etmişdi. O, әmәlli-başlı qorxuya
          düşmüşdü. Qızın bu vәziyyәtdә olmasının da maraqlı sәbәblәri
          var idi.
             Atasının vә anasının ölümündәn sonra mәhsuldar torpaq
          sahәlәrinin yeganә sahibinә çevrilәn bu qarabuğdayı qızın aşiqlәri
          günü-gündәn artırdı. Evlәnәcәyi adamı tapmaq ümidi ilә iki il

                                                                  27
   22   23   24   25   26   27   28   29   30   31   32