Page 23 - anderson_Макет 1
P. 23

Əllәr

             O sanki fitrәtәn dә müәllim idi – yeniyetmәlәrlә yaxşı yola
          getmәyi bacaran müәllim. Adolf Mayerz çәtin başa düşülәn elә
          nadir adamlardan idi ki, öz sәlahiyyәtlәrindәn vә gücündәn necә
          istifadә edirdisә etsin, şagirdlәri bunu xoşagәlәn bir nәvaziş kimi
          qәbul edirdilәr.  Tabeliyindә olanlara qarşı bu cür adamların
          münasibәti qadınların kişilәrә qarşı sevgisinә bәnzәyir.
             Amma mәn bunu yaxşı ifadә edә bilmәdim. Bir az kobud
          alındı. Burada yenә şair mәharәtinә ehtiyac var. Adolf Mayerz
          mәktәbin oğlanlarıyla axşamlar gәzә-gәzә söhbәt edәr, bәzәn
          qaş qaralana qәdәr bu söhbәtlәri davam etdirәrdi. Arabir әllәrini
          onların dağınıq saçlarında gәzdirәr, ya da mehribancasına onların
          çiynini sığallayardı. Danışdıqca onun sәsi zәriflәşәr vә musiqi
          sәsinә bәnzәyәrdi. Sanki bu sәsdә dә bir sığal var idi. O, sәsinin
          zәrifliyi vә hәlimliyi ilә, şagirdlәrinin çiynini sığallamaqla,
          saçlarına toxunmaqla düşüncәlәrini daha aydın çatdırmağa çalışır,
          şagirdlәrinin onu başa düşmәsini istәyirdi. Onun qәlbindә hәyat
          eşqini meydana gәtirәn güc birlәşmәk әvәzinә, sanki bölünüb
          parçalanmışdı. Çiyinlәri, saçları sığallanan oğlanlar söhbәt zamanı
          şübhә vә inamsızlıq hissini yaddan çıxarır, müәllimlәri kimi
          xәyallar qurmağa başlayırdılar.
             Vә sonra o faciә baş verir. Oğlanların arasından ağıldankәm
          biri müәlliminә bağlanır. O, gecәlәr yerinin içindә dilә gәtirilmәz
          şeylәrin xәyalını qurur vә bir gün sәhәr bu xәyalındakıları olmuş
          hadisәlәr kimi danışmağa başlayır.  Ağına-bozuna baxmadan
          müәllimi haqqında iyrәnc vә ağlagәlmәz şeylәr uydurur. Yayılan
          söz-söhbәt bütün Pensilvaniyanı lәrzәyә gәtirir. Adolf Mayerz
          haqqında, onsuz da, gizli şübhәlәri olan adamlar deyilәnlәrә
          inanırlar.
             Faciә gecikmir. Oğlanlar yerlәrindәn tәәccüblә ayağa sıçrayıb
          bir-bir danışmağa başlayırlar: “O, әllәrini mәnim dә çiynimә
          qoymuşdu”. “O, hәmişә mәnim saçlarımla oynayırdı”.
             Bir axşam qәsәbә sakinlәrindәn biri olan meyxana sahibi
          Henri Bredford mәktәbә gәlir. Adolf Mayerzi hәyәtә çağırır vә
          çölә çıxan kimi onu döymәyә başlayır. Sәrt düyünlü yumruqları
          müәllimin qorxu dolu sifәtinә dәydikcә o, daha da qәzәblәnir.
          Dәhşәtә gәlmiş uşaqlar çığırışaraq hәşәrat kimi o tәrәfә, bu
          tәrәfә qaçışırlar.

                                                                  23
   18   19   20   21   22   23   24   25   26   27   28