Page 21 - anderson_Макет 1
P. 21

Əllәr

             Vinq Biddlbaumun әllәri sadәcә öz işlәmәk bacarığına görә
          Vaynzburqda hamının diqqәtini çәkmişdi. Bir günә yüz otuz iki
          kiloqram çiyәlәk yığan bu әllәr Vinqin fәrqlәndirici xüsusiyyәti
          vә şöhrәtinin әsas sәbәbi idi. Bu әllәr eyni zamanda onun, onsuz
          da, müәmmalı olan kimliyini daha da müәmmalı edirdi. Vaynzburq
          camaatı bank işçisi Vaytın yeni kәrpic evi, yaxud da Klivlenddәki
          at yarışlarında qalib gәlәn Vesley Moyerin Toni Tip adlı kәhәr atı
          ilә qürur duyduğu kimi, Vinq Biddlbaumun әllәri ilә dә qürur
          duyurdu.
             Corc Villard ondan әllәri haqqında soruşmağı çox istәyirdi.
          Bәzәn Corcu böyük maraq hissi bürüyürdü. O düşünürdü ki, bu
          әllәrin cәldliyinin vә Vinq Biddlbaumun onları hәmişә gizlәt mә -
          yi nin nәsә ciddi bir sәbәbi var. Amma Vinq Biddlbauma olan
          hörmәti bu sualları vermәkdә Corca mane olurdu.
             Bir dәfә  Vinqdәn bu haqda soruşmaq üçün Corcun әlinә
          yaxşı bir imkan düşmüşdü. Yay axşamlarından biri idi. Onlar
          çöldә gәzә-gәzә söhbәt edirdilәr. Üstünü ot basmış skamyanın
          yanında dayanıb oturdular. Vinq Biddlbaum bütün axşamı ilhamla
          vә şövqlә danışmağa davam etmişdi. Qarşısına çәpәr çıxdığı
          vaxt yekә ağacdәlәn kimi yumruğunu taxtaya döyәclәyә-döyәclәyә
          Corc  Villardın üstünә qışqırıb ona qәsәbә camaatının tәsirinә
          çox uyduğunu demişdi:
             – Sәn özünü mәhv elәyirsәn, – o qışqırırdı. – Görürәm ki,
          tәkliyә, xәyallar qurmağa meylin var. Amma xәyal qurmaqdan
          qorxursan. Sәn dә bu adamlar kimi olmaq istәyirsәn. Sәn onların
          danışığına qulaq asıb, onları yamsılamağa çalışırsan.
             İndi ot basmış skamyanın üstündә oturduqları vaxt da Vinq
          söhbәtinin davamını gәtirib fikrini sona çatdırmaq istәyirdi. Onun
          yumşaq sәsindә nostalji notlar sezilirdi. İndi o, fәrәhlә köks
          ötürәrәk sanki xәyallar içindә itib-batmış bir adam kimi rabitәsiz
          nitqlә söhbәtini davam etdirirdi.
             Vinq Biddlbaum xәyallarındakı mәnzәrәlәri Corc Villardın
          gözlәri önündә canlandırmağa çalışırdı. Bu mәnzәrәlәrdә insanların
          xoşbәxt yaşadığı kәnd mühiti tәsvir edilirdi. Azad vә yamyaşıl
          ölkәlәrindә bәzilәri piyada, bәzilәri at belindә gәzәn yaraşıqlı

                                                                  21
   16   17   18   19   20   21   22   23   24   25   26