Page 22 - anderson_Макет 1
P. 22
Şervud Anderson
adamlar ağacın altında oturan qoca kişinin söhbәtlәrinә qulaq
asmaq üçün balaca bağçaya tәrәf axışırdılar.
Vinq Biddlbaumun ilhamı getdikcә artırdı. O, danışa-danışa
bir anlıq әllәrini dә unutdu. Özündәn xәbәrsiz әlini cibindәn
çıxarıb Corc Villardın çiyninә qoydu.
Qoca kişi fәrqli vә daha cәsarәtli sәslә söhbәtinә davam etdi:
– Sәn indiyәcәn öyrәndiyin hәr şeyi unutmalısan. Sәn xәyallar
qurmağa başlamalısan. Bu gündәn etibarәn kәnardakı sәslәrә,
söhbәtlәrә daha fikir vermә.
Bu sözlәri deyәndәn sonra o dayanıb ciddi baxışlarla bir
xeyli Corc Villardın üzünә baxdı. Gözlәri par-par parıldadı. Әlini
tәkrar qaldırıb oğlanın çiyninә qoymaq istәyәndә sifәtinә qorxu
vә dәhşәt ifadәsi çökdü.
Sonra hәyәcan vә tәşviş dolu bir cәldliklә sıçrayıb ayağa
qalxdı. Әllәrini dibә qәdәr cibinә saldı. Boğazındakı qәhәri
udmağa çalışsa da, bacarmadı. Gözlәri yaşla doldu.
– Mәn getmәliyәm. Daha sәnlә söhbәt elәyә bilmәrәm, – o,
hәyәcanla dedi vә Corc Villardı yaşıl yamacın üstündә çaşqınlıq
vә qorxu içindә buraxaraq arxasına baxmadan yoxuşu enib,
çәmәnliklә evinә tәrәf qaçdı. Corc Villard hәyәcandan titrәyәrәk
ayağa qalxdı vә qәsәbәyә tәrәf getmәyә başladı.
– Әllәri haqqında ondan heç nә soruşmayacam, – hәlә dә
kişinin gözlәrindәki dәhşәtli ifadәnin tәsiri altında olan Corc
düşündü. – Yәqin, әllәri ilә bağlı onun nәsә başqa bir dәrdi var.
Bәlkә dә, insanlardan qorxmağına sәbәb olan şey elә budur.
Bәli, Corc Villard haqlı idi. Gәlin qısa olaraq o әllәrin
tarixçәsinә bir nәzәr salaq.
Bәlkә dә, bunları danışmağımız әllәri sanki yellәnәn ümid
bayraqlarına bәnzәyәn bu müәllimin gizlin vә maraqlı hekayәsini
qәlәmә almaqda şairimizә ilham verәcәk.
Gәncliyindә Vinq Biddlbaum Pensilvaniya әyalәtlәrinin
birindә mәktәb müәllimi idi. O vaxt onun adı Vinq Biddlbaum
deyildi. Bu ad qәdәr ahәngdar olmayan başqa bir adı var idi:
Adolf Mayerz. Hamı onu bu cür tanıyırdı. Mәktәbdәki oğlanlar
Adolf Mayerzin xәtrini çox istәyirdilәr.
22