Page 19 - anderson_Макет 1
P. 19

ӘLLӘR


             Vaynzburq vadisinin yaxınlığındakı taxtadan tikilmiş balaca
          evin sınıq-salxaq eyvanında alçaqboylu, kök bir kişi narahat
          halda o tәrәfә, bu tәrәfә gedib-gәlirdi. Yonca toxumu әkilsә dә,
          әvәzinә sarı vә sıx xardallarla örtülәn әkin sahәsinin yanındakı
          maşın  yolu  nu  o  eyvandan görmәk mümkün idi. Sahәlәrdәn
          gilәmeyvә yığıb geri qayıdan gәnc oğlan vә qızlar hәmin vaxt
          faytonla o yoldan keçirdilәr. Onlar deyib-gülür, çılğın qışqırtılarla
          küçәlәrin sükutunu pozurdular. Kişi arabir yola göz gәzdirir, fay-
          tondan tullanarkәn qızlardan birini dә özüylә aşağı çәkmәyә
          çalışan yaşıl köynәkli oğlana baxırdı. Qız uca sәslә qışqıraraq
          oğlana müqavimәt göstәrirdi. Oğlanın ayaqları altından qalxan
          toz havada sanki buluda çevrilәrәk batan günәşin üzünü örtürdü.
          Geniş sahәnin o tәrәfindәn zәrif bir qız sәsi dә eşidilirdi:
                        1
             – Eyy,  Vinq Biddlbaum, bәlkә, o saçlarını bir darayasan.
          Axı gözlәrinin üstünә tökülür.
             Qız eyvanda var-gәl edәn o keçәl kişiyә sәslәnirdi. Kişi isә
          sanki dağınıq saçlarını darayırmış kimi, balaca vә ürkәk әllәrini
          keçәl vә ağ başına çәkirdi.
             Hәmişә kabuslarla, şübhә vә qorxularla yaşayan Vinq Biddl-
          baum artıq iyirmi ildir ömür sürdüyü bu qәsәbәnin insanlarından
          özünü uzaq tutur, buradakı hәyatın ona aid olmadığını düşünürdü.
          Bütün  Vaynzburq camaatı arasında indiyәcәn cәmi bir nәfәr
          onunla ünsiyyәt qurmuşdu. “Nyu Villard Hauz” mehmanxana sı -
          nın sahibi Tom Villardın oğlu olan Corc Villardla onun arasında
          dostluğa bәnzәr bir münasibәt yaranmışdı. Corc Villard “Vaynzburq
          İql” qәzetinin müxbiri idi. O, bәzәn axşamlar mәrkәzi yol ilә
          Vinq Biddlbaumun evinә gәlirdi.  Yarıuçuq eyvanda әllәrini
          tәşvişlә yellәdәrәk var-gәl edәn qoca indi Corc Villardın gәlәcәyinә
          vә axşamı onunla keçirәcәyinә ümid edәrәk gәnc jurnalisti
          gözlәyirdi. Gilәmeyvә yığanların faytonu keçdikdәn sonra o, uca
          xardalların arası ilә küçәyә tәrәf yol aldı vә hasara dırmaşıb


          1 Wing – qanad (ing.)
                                                                  19
   14   15   16   17   18   19   20   21   22   23   24