Page 15 - anderson_Макет 1
P. 15

Dәrin müşahidәlәri ilә mәndә ilk dәfә insan
                         hәyatının batininә baş vurmaq hәvәsini oyadan
                                                             Anam
                                        EMMA SMİS ANDERSONUN
                                                          xatirәsinә



                        ӘCİNNӘLӘR KİTABI


             Saç-saqqalı ağarmış qoca yazıçının gecәlәr yatdığı yer heç
          dә rahat deyildi. O hәr sәhәr yuxudan oyanarkәn yerinin içindәn
          hәyәtdәki ağaclara baxmaq istәyirdi, amma evinin pәncәrәlәri
          çox yüksәk olduğundan bu, onunçün müşkül mәsәlәyә çevrilmişdi.
          Günlәrin birindә çarpayının yerini düzәltmәk üçün evә usta
          çağırdı.
              Amma iş onların ikisi üçün dә başağrısı oldu. Bir vaxtlar
          vәtәndaş müharibәsindә savaşmış dülgәr yazıçının otağına girәndәn
          sonra çarpayının yeri ilә bağlı bir xeyli danışdı. Yazıçının masası
          üstündә siqaret var idi vә usta söhbәt edә-edә arabir o siqaretlәrdәn
          götürüb çәkirdi.
             Onlar әvvәlcә çarpayının yerini düzәltmәk üçün tәdbir
          tökdülәr, sonra yavaş-yavaş söhbәtlәrinin mövzusu dәyişdi. Çox
          keçmәdi ki, müharibә haqqında danışmağa başladılar. Әslindә,
          yazıçının özü mövzunu müharibәyә gәtirmişdi. Usta bir vaxtlar
          Andersonvil hәbsxanasında mәhbus olmuş vә çox illәr әvvәl
          qardaşını da itirmişdi. Onun qardaşı aclıqdan ölmüşdü. Bu haqda
          danışmağa başlayanda ustanı ağlamaq tutdu. Qoca yazıçı kimi
          onun da ağ bığı var idi vә ağlayanda dodaqlarını büzüşdürdüyü,
          başını yellәdiyi üçün bığının uzun tüklәri dә yellәnirdi. Ağzında
          siqaret ola-ola ağlayan qoca kişi kәnardan baxanda gülmәli
          görünürdü. Axırda onların başı söhbәtә elә qarışdı ki, gördüklәri
          iş yaddan çıxdı vә sonra usta çarpayının yerini öz bildiyi kimi elә
          düzәltdi ki, yaşı altmışı keçmiş yazıçı hәr gecә yatmağa gedәndә
          çarpayısına qalxmaq üçün ayağının altına stul qoymalı oldu.

                                                                  15
   10   11   12   13   14   15   16   17   18   19   20