Page 18 - anderson_Макет 1
P. 18

Şervud Anderson

                İnsanları әcinnәyә çevirәn dә mәhz bu dәyәrlәrә sarılıb
            yaşamaları idi.  Yazıçının bu mәsәlәylә bağlı çox geniş bir
            nәzәriyyәsi var idi. O düşünürdü ki, insanlar bu anlayışlardan
            birini özlәrinә götürüb onu hәqiqәt kimi qәbul edәrәk hәyatlarını
            da bu hәqiqәt üzәrindә qururlarsa, yavaş-yavaş әcinnәyә çevrilirlәr
            vә hәqiqәt saydıqları o inamlar da getdikcә yalana çevrilir.
                Gördüyünüz kimi, ömrünü yazıçılığa hәsr edәn vә ürәyindә
            saysız-hesabsız sözlәr olan qoca bu mövzu haqqında, bәlkә dә,
            daha yüzlәrcә sәhifә yazacaqmış. Bәlkә, bu mövzuya özünü o
            qәdәr hәsr edәcәkmiş ki, axırda o da bir әcinnәyә çevrilәcәkmiş.
            Amma yazıçı әcinnәyә çevrilmir vә mәnә elә gәlir ki, mәhz
            hәmin kitabı çap etdirmәdiyi üçün o, әcinnәyә çevrilmir. Yazıçını
            әcinnә olmaqdan xilas edәn hәm dә içindә daşıdığı o gәnc olur.
                Çarpayını düzәldәn ustaya gәlincә isә, mәn o ustanı ona görә
            xatırlatdım ki, çoxlarının adi adam adlandırdığı bu dülgәr kitabda
            tәsvir edilәn әcinnәlәrdәn әn sevimlisi vә әn asan tanınanı idi.


































          18
   13   14   15   16   17   18   19   20   21   22   23