Page 16 - anderson_Макет 1
P. 16

Şervud Anderson

                Hәr gün yerinә girdikdәn sonra qoca yazıçı böyrü üstә o
            tәrәfә, bu tәrәfә çevrilir, sakit-sakit düşünürdü. Son illәr ürәyi
            onu çox narahat edirdi. Hәddәn artıq çox siqaret çәkdiyi üçün
            ürәyinin әsdiyini tez-tez hiss edir vә narahatlığı daha da artırdı.
            Haradansa beyninә yerlәşmişdi ki, o, bir gün qәfildәn ölәcәk.
            Hәr gecә yerinә girәrkәn bu haqda uzun-uzun düşünürdü. Amma
            bu, onu çox da qorxutmurdu. Әksinә, belә fikirlәr onda nәsә
            qәribә vә izahedilmәz duyğular yaradırdı. Bu haqda düşünәrkәn
            yazıçı özünü başqa vaxtlardakına nisbәtәn daha canlı vә daha
            gümrah hiss edirdi. Çarpayısında sakit-sakit uzanaraq hәr gecә
            belә düşüncәlәrә qәrq olan yazıçı, hәqiqәtәn dә, qocalmışdı,
            әldәn düşmüşdü. Amma onun içindә nәsә bir hiss var idi ki,
            altmış ilә baxmayaraq, cavan qalmağı bacarmışdı. Qoca yazıçı
            özünü hamilә qadın kimi hiss edirdi, amma bәdәnindә daşıdığı
            uşaq deyil, gәnc bir oğlan idi. Bәlkә, heç gәnc oğlan da deyildi,
            bir qadın idi, әyninә cәngavәr kimi zireh geyinmiş cavan bir
            qadın. Hündür çarpayısında uzanaraq ürәyinin çırpıntılarını
            dinlәyәn qoca yazıçının içindә nә olduğunu tapmağa çalışmaq,
            әslindә, çox lazımsız vә mәnasız bir şeydir. Lazımlı olan o
            yazıçının, ya da onun içindәki gәncin nә düşündüyüdür.
                Bütün digәr insanlar kimi qoca yazıçının da başına çox
            hadisәlәr gәlmişdi. Bir vaxtlar o da cavan vә yaraşıqlı bir oğlan
            idi vә çox qadınlarla eşq macәrası yaşamışdı. Tәbii ki, bu altmış
            il әrzindә yazıçı çox insanlar görmüş, onları yaxından tanıya
            bilmişdi. Amma onun insanları tanımağı sәnin, ya da mәnim
            tanımağımdan fәrqli idi. Әn azından, yazıçının özü belә düşü -
            nür dü. Bunun belә olmadığını deyәrәk, qoca yazıçının ürәyini
            qırmağa nә ehiyac vardı?
                Bir gün o, yuxuya bәnzәmәyәn qәribә bir kabus gördü.
            Yavaş-yavaş huşlanmağa başlayanda, hәlә tam yuxuya getmәmiş
            gözlәrinin önündә qәribә vә әcaib mәxluqlar peyda oldu. Ona elә
            gәlirdi ki, bu mәxluqları onun içindәn hәmin gәnc oğlan çağırıb.
                Yazıçının gözlәri önündәn keçәn bu әcaib mәxluqların qәribә
            görkәmlәri var idi. Hamısı әcinnәyә bәnzәyirdi. İndiyәcәn tanıdığı
            bütün qadın vә kişilәr indi әcinnә görkәmindә onun gözlәri
            önünә gәlmişdi.

          16
   11   12   13   14   15   16   17   18   19   20   21