Page 12 - anderson_Макет 1
P. 12

korlanmış, hәr tәrәfdәn tәnqid atәşinә tutulan yazıçıya qarşı әn
            kәskin mövqeyi mәhz köhnә yetirmәlәri olan bu iki yazıçı
            sәrgilәmişdir. Romanın uğursuzluğu haqqında dövrün Dos Passos
            vә Skott Fitscerald kimi mәşhur yazarları vә tәnqidçilәri öz
            fikirlәrini demiş, üstәlik, artıq  Anderson mәrhәlәsinin sona
            çatdığını, onun bir yazıçı kimi tükәndiyini bildirmişdilәr. Hemin -
            quey isә onlar kimi adi tәnqidlә kifayәtlәnmәyәrәk, әsәrә kinayә
            mәqsәdilә “Yaz sellәri” adlı povestini yazmış vә әsәrdә Şervud
            Andersonun satirik karikaturasını yaratmışdı. Bu karikatura ilә
            Heminquey Andersonun sәxavәtini, mehribanlığını vә qonaqpәr -
            vәr liyini dә әlә salmaqdan çәkinmәmişdi. Folkner dә eyni mövqeyi
            nümayiş etdirәrәk, “Ağcaqanadlar” әsәrindә köhnә müәlliminin
            prototipi olan Doson Feyәçayld obrazını yaratmış vә bu da
            yetmirmiş kimi, daha sәrt tәnqidin yer aldığı “Şervud Anderson
            vә başqa kriollar ” adlı әsәrini yazmışdı.
                           1
                Bütün bunlar  Andersonu möhkәm sarsıdır vә yazıçı bu
            sarsıntını illәr sonra öz xatirәlәrindә dә izhar edir. Hәmin
            xatirәlәrdә “Yaz sellәri” povestini vә tәnqidlәrlә bağlı Hemin -
            queyin ona yazdığı mәktubun bәzi cümlәlәrini yada salır:
                “...Sәn hәmişә mәnә yaxşılıqlar etmisәn. “Bizim zәmanә -
            miz dә” kitabını çıxarmaq istәdiyim vaxt sehrli qüvvәlәr kimi
            dadıma çatmısan. ...Amma mәnә elә gәlir ki, sәnin kimi möhtәşәm
            әsәrlәr yaratmaq qüdrәtindә olan bir yazıçı bu cür, necә deyim,
            zay bir şey ortaya qoyursa, mәn gәrәk bunu gizlәtmәyib elә
            üzünәcә deyim”.
                Sonra Şervud Anderson yazır:
                “Mәktubu elә yazmışdı ki, elә bil mәnim başıma hansısa
            ölümcül bir faciә gәlib. ...“Yaz sellәri” romanı ilә o sanki hamını
            inandırmağa çalışırdı ki, mәnim әsәrimdә zәrrә qәdәr dә olsa,
            yaxşı heç nә yoxdur. Düzdür, o, bunu әdәbiyyatın mәnafeyi
            naminә etmişdi, amma elә bil hәmin әsәrlә mәnim qәbrim üstündә
            dәfn nitqini oxuyurdu”.
                Bәzi yazıçılar “Yaz sellәri” romanındakı tәnqidlәrin haqlı
            olduğunu bildirsәlәr dә, bunun әksini deyәnlәr dә az olmamışdı.
            Heminqueyin hәyat yoldaşı – Şervud Andersona qarşı xüsusi
            rәğbәti olan Hedley Riçardson әrinin bu әsәrinә haqq qazandırmamış



             1 Kriol – Avropa mәnşәli amerikalılara deyilir.
          12
   7   8   9   10   11   12   13   14   15   16   17