Page 8 - anderson_Макет 1
P. 8

1899-cu ildә  ABŞ qoşunları Kubanı tәrk etdikdәn sonra
            Ş.Anderson Klayda qayıdıb kәnd tәsәrrüfatı ilә mәşğul olmağa
            başlayır. Tәhsilini bitirmәk istәyi onu yenә rahat buraxmır. 1899-cu
            ilin sentyabrında Sprinqfildә gәlir vә Vittenberq ali mәktәbinә
            daxil olur. 1900-cü ilin yazında buranı bitirir vә yayda Çikaqoya
            köçür. Dostunun kömәyi ilә reklam şirkәtindә işә düzәlir.
                1904-cü ildә Ohayodan olan zәngin bir biznesmenin qızı
            Kornelia Prett Leyn ilә ailә hәyatı qurur. İki il sonra onlar
            Klivlendә köçürlәr. Anderson burada satış meneceri kimi işlәmәyә
            başlayır. Tezliklә bu işlә bağlı bәzi ciddi problemlәr ortaya çıxır.
            Keyfiyyәtinә cavabdeh olduğu bәzi malların qüsurlu olması
            sәbәbindәn ona çoxlu mәktublar gәlir vә nәticәdә ciddi әsәb
            sarsıntıları keçirәn  Anderson 1907-ci ildә şirkәtdәki işindәn
            ayrılaraq, hәyat yoldaşı ilә birgә Ohayonun Eliria әyalәtinә köçür.
            Burada yeni bir mağaza açıb biznesә başlayır. Eliriadakı ilk illәr
            onun üçün xoşbәxt vә uğurlu olur. İlk övladından sonra daha iki
            uşağı dünyaya gәlir. Köhnә illәrin dә tәcrübәsindәn istifadә
            edәrәk biznesini daha da genişlәndirir vә “Anderson” boya
            şirkәtini yaradır.
                Göründüyü kimi, bu illәr әrzindә gәlәcәyin tanınmış yazıçısı
            әdәbiyyat alәmi ilә yaxın tәmasda olmayıb.
                Lakin onun hәyatı sonacan bu cür davam etmir. Biznes
            dünyasının qalmaqallarına başı qarışan Şervud Anderson günlәrin
            birindә öz ofisinә gәlir vә katibәsinә nәyisә diktә etdiyi vaxt
            qәfildәn duruxaraq sözünü yarımçıq kәsir. “Deyәsәn, ayaqlarım
            yaşdı, özü dә getdikcә lap islanır”, – deyә mızıldanır vә hәyat
            yoldaşına qısa bir mәktub yazıb qoyaraq ofisindәn çıxır. Hәmin
            gün hara getdiyi mәlum olmayan yazıçı axşam da evinә qayıtmır.
            Qarşıdakı dörd gün әrzindә ondan heç bir xәbәr çıxmır vә
            dördüncü günün sonunda o, saçları dağınıq halda pәrişan görkәmlә
            yol kәnarındakı aptekә girәrәk satıcıdan öz kimliyini soruşur.
            Cibindәki qeyd dәftәrindәn qohumlarının telefon nömrәlәrini
            tapan әczaçı onu ailәsi ilә görüşdürmәyә nail olur. Başına gәlәn
            bu qәribә hadisә barәdә dövrün bәzi qәzetlәri müxtәlif xәbәrlәr
            yayır, hәkimlәr Andersona fәrqli diaqnozlar qoyurlar.


           8
   3   4   5   6   7   8   9   10   11   12   13