Page 11 - anderson_Макет 1
P. 11

Vulf, Steynbek, Fitscerald kimi böyük yazıçıların yetişmәsindә
          önәmli rol oynamışdır. Bunu adları çәkilәn yazıçıların özlәri dә
          zaman-zaman tәsdiq etmiş,  Anderson yaradıcılığını yüksәk
          dәyәrlәndirmişlәr. Bununla belә, Andersonun yazdığı romanlar
          dövrün yazarları vә tәnqidçilәri tәrәfindәn uğursuz hesab edilmiş
          vә bir vaxtlar “Vaynzburq, Ohayo” kitabına görә böyük oxucu
          kütlәsi qazanan yazıçının şöhrәti getdikcә azalmışdı. Tәsadüfi
          deyil ki, sonralar bu haqsız unudulmanı xatırlayarkәn Folkner
          kitabın әvvәlindә verdiyimiz o kәlmәlәri söylәmiş, Andersonun
          layiq olduğu qiymәti ala bilmәdiyini vurğulamışdı.
             Lakin Şervud Andersonun hәyatdakı yeganә bәxtsizliyi layiq
          olduğu qiymәtdәn mәhrum olması yox, hәm dә bir vaxtlar böyük
          qayğı vә mәhәbbәtlә kömәk etdiyi yazıçıların sonralar ona qarşı
          sәrgilәdiyi amansız mövqe, әdәbiyyatın böyük meydanında onun
          qәddar düşmәnlәrinә çevrilmәsi vә nәticәdә Andersonun o mey-
          danda tәklәnmәsi olmuşdu.
             Şervud  Anderson o vaxtlar hәlә gәnc olan vә onun Nyu
          Orleanzdakı evinә tez-tez qonaq gәlәn Folknerdәn öz kömәyini
          әsirgәmәmiş, ona bu şәhәrdә qalmaq üçün ev tapmış, әdәbiyyata
          tәzә-tәzә qәdәm qoymağa can atan bu gәncә yazıçılığın incәlik -
          lә rini öyrәtmiş, ilk әlyazmalarını ona gәtirdiyi vaxt da Folkneri
          әliboş qaytarmayaraq, onları hәvәslә oxuyub fikirlәrini söylә -
          miş di. Bununla da kifayәtlәnmәyәn Anderson öz naşiri Hores
          Livraytla әlaqә saxlayaraq Folknerin bәzi hekayәlәrinin çapına
          nail olmuşdu. Folknerә mәşhur “Yoknapatofa” ideyasını da
          Şervud Anderson verib.
             Anderson Folknerә etdiyi kimi, Heminqueyә dә yaxından
          kömәklik göstәrmiş, onun ilk hekayәlәrinә yön vermәklә bәrabәr,
          öz naşiri ilә әlaqә saxlayaraq Heminqueyin “Bizim zәmanәmizdә”
          adlı kitabının çapını da hәyata keçirmişdi. Әdәbiyyatın sirlәrini
          öyrәnmәk marağında olan gәnc Heminqueyә Parisә getmәyi
          mәslәhәt görmüş, Parisdәki yazar dostları Qörtrud Stayn vә Ezra
          Paunda Heminquey haqqında bir növ tәqdimat mәktubu yazaraq
          ona hәr mövzuda kömәk göstәrmәyi dostlarından xahiş etmişdi.
             Lakin 1925-ci ildә “Tutqun gülüş” romanının çapından sonra
          Andersonun hәm Folknerlә, hәm dә Heminqueylә münasibәti


                                                                  11
   6   7   8   9   10   11   12   13   14   15   16