Page 7 - anderson_Макет 1
P. 7

Tәrcümәçidәn

             Şervud Andersonun hәyatında әn maraqlı vә tәәccüb doğuran
          mәqam 1912-ci ilin 28 noyabrında 36 yaşında ikәn başına gәlәn
          vә onu işindәn, ailәsindәn, köhnә hәyatından uzaqlaşdırıb
          “mürәkkәb qoxusuna aludә edәn” bir qәribә hadisәdir. Bu nә idi
          vә o hadisәyә qәdәr Şervud Anderson nәlәr yaşamışdı?
             Şervud Anderson 1876-cı ildә Ohayonun Kәmden әyalәtindә
          dünyaya gәlib. Ailәsinin ağır maddi durumu vә atasının borcları
          sәbәbindәn onlar tez-tez yaşadıqları yerlәri dәyişmәyә mәcbur
          olur, Kәmdendәn sonra dörd-beş il müddәtindә Kaledoniyada,
          daha sonra Klayd әyalәtindә yaşayırlar. Kasıb olduqlarına görә
          Ş.Anderson hәlә uşaq ikәn işlәmәyә başlayır, ailәsinә dәstәk
          olmağa can atır. Mehtәr, çoban, bağban, qәzetsatan kimi müxtәlif
          işlәrdә işlәyәn Anderson mәktәbә dә davamlı gedә bilmir, hәtta
          14 yaşında dәrslәrinә ara verәrәk düz 9 ay tәhsildәn uzaq qalır.
          Andersonun atası içki düşkünü idi. Bu sәbәbdәn ailәnin әsas
          yükü paltar yumaqla pul qazanan anasının çiyinlәrinә düşür.
          Sonralar yazdığı xatirәlәrindә atasını xoş hisslәrlә anmayan Ş.An-
          derson: “Anamın o adama necә tab gәtirdiyini hәlә dә anlaya
          bilmirәm”, – deyә qeyd edir.
             Ş.Anderson 19 yaşında ikәn anası vәrәmdәn dünyasını dәyişir.
          Bu itkidәn sonra o, 1896-cı ildә Çikaqoya köçür vә qardaş-
          bacıları ilә burada yaşamağa davam edir. Onsaatlıq iş rejimi ilә
          günә cәmi iki dollar qazanan Ş.Andersonun maddi sıxıntıları
          burada da sona çatmır. Bununla belә, o, bir vaxtlar yarımçıq
          qalmış tәhsilini davam etdirmәk hәvәsi ilә Luis İnstitutunda
          axşam mәktәbinә yazılır. Lakin bu dәfә dә İspaniya-Amerika
          müharibәsi onun tәhsilini yarımçıq qoyur vә  Anderson çox
          keçmәdәn – 1898-ci ildә ordu sıralarına yazılır. 1899-cu ilә qәdәr
          bir neçә ay tәlim düşәrgәlәrindә olur, sonra isә  ABŞ ordusu
          tәrkibindә Kubaya yollanır.


                                                                  7
   2   3   4   5   6   7   8   9   10   11   12