Page 5 - anderson_Макет 1
P. 5
Yazıçı haqqında
“Şervud Andersonun yazdıqları bәzәn bütün insanların vә
bütün bәşәriyyәtin xoşbәxtliyi üçün oxunan poetik dualar kimi
sәslәnir”.
Teodor Drayzer
“O, bizim nәsil Amerika yazıçılarının vә davamçılarımızın
izlәyәcәyi Amerika nәsr әnәnәlәrinin atası idi. Anderson heç
vaxt öz layiqli qiymәtini ala bilmәdi”.
“O hәm dә mәnim, Heminqueyin vә Fitsceraldın bütün
әsәrlәrinin atası idi. Bizә doğru yolu o göstәrmişdi”.
Uilyam Folkner
“Anderson Amerikada yeganә yazıçıdır ki, mәn ondan nәsә
öyrәnmişәm”.
“Mәnә elә gәlir ki, siz bu әsrin әn önәmli yazıçılarından
birisiniz. Siz Amerika torpağında başqa bir şırım açdınız vә o
şırımın altından başqa gözәlliklәr ortaya çıxardınız. O gözәlliklәr
ki, biz haradasa olduğunu hiss edirdik, amma onları ilk dәfә siz
göstәrdiniz”.
(1937-ci ildә Ş.Andersona yazdığı mәktubdan)
Tomas Vulf
“Şervud Anderson müasir romanın yaradıcısıdır vә romançılıq
hәlә Andersondan o tәrәfә keçmәyib”.
Con Steynbek
“Özünә “cızmaqaraçı” demәyinә baxmayın. O, cızmaqaraçı-
zad deyil. O, çox böyük yazıçıdır”.
“Andersona qarşı etdiklәrimә görә çox peşmanam. Mәnim
etdiyimi sadәcә qәddarlıq adlandırmaq olar vә buna yol verdiyim
üçün mәn әclafın yekәsiyәm”.
Ernest Heminquey
5