Page 10 - anderson_Макет 1
P. 10
Anderson o illәrdә daha bir neçә roman yazır. 1917-ci ildә
“Yürüş edәn adamlar”, 1920-ci ildә “Yazıq ağdәrililәr” romanlarını,
1919-cu ildә mәşhur “Vaynzburq, Ohayo” kitabını, 1921-ci ildә
“Yumurtanın tәntәnәsi” adlı daha bir hekayәlәr toplusunu çap
etdirir. Ş.Anderson sәnәtkarlıq mәharәtini daha da tәkmillәşdirmәk
mәqsәdi ilә 1921-ci ildә o dövrün әksәr yazıçıları kimi Parisә
yollanır. Coys, Paund vә Qörtrud Staynla görüşür. Amerikaya
qayıtdıqdan sonra yaradıcılığına daha böyük şövqlә davam edir.
1923-cü ildә “Atlar vә adamlar” adlı başqa bir hekayәlәr
toplusu da çıxır. 1924-cü ildә Ş.Anderson ikinci hәyat yoldaşı
Tenesi Mitçeli dә boşayır vә az sonra üçüncü evliliyi baş tutur.
Qeyd edәk ki, bu evliliyin dә ömrü çox uzun olmur vә yazıçı
1933-cü ildә dördüncü dәfә evlәnir.
1925-ci ildә Ş.Anderson çapından sonra ona çoxlu tәnqidlәr
gәtirәcәk “Tutqun gülüş” romanını nәşr etdirir. Lakin bu tәnqidlәr,
vaxtilә müәllimlik etdiyi Folkner, Heminquey kimi yetirmәlәrinin
onun üzünә ağ olması vә kәnardan onun artıq yazıçı kimi
tükәnmәyi ilә bağlı deyilәn ağrıdıcı sözlәr Ş.Andersonu yazıdan
soyutmur. 1926-cı ildә “Mәrkәzi Amerikada uşaqlıq hәyatı”
romanı, 1929-cu ildә isә “Elis vә itmiş roman” әsәri çapdan
çıxır. “Arzulardan uzaqlarda” adlı romanından bir il sonra –
1933-cü ildә “Meşәdә ölüm vә digәr hekayәlәr” adı altında daha
bir hekayә toplusunu nәşr etdirir.
Ş.Anderson 1941-ci il mart ayının 8-dә Cәnubi Amerikaya
sәyahәt zamanı dünyasını dәyişir. Hәkimlәrin diaqnozuna görә,
onun ölümünә yemәk zamanı tәsadüfәn udduğu diş çöpünün
yaratdığı infeksiya sәbәb olur. Andersonun nәşi ABŞ-a gәtirilir
vә o, Virciniyanın Raund Hill qәbiristanlığında dәfn edilir. Böyük
yazıçının mәzarı üzәrindә aşağıdakı kәlmәlәr yazılır:
“Ölüm yox, mәhz hәyatdır әn böyük macәra”.
***
Qeyd etmәk lazımdır ki, Şervud Anderson özündәn sonrakı
Amerika nәsrinә çox ciddi tәsir göstәrmiş, Folkner, Heminquey,
10