Page 20 - anderson_Макет 1
P. 20

Şervud Anderson

            narahatlıqla qәsәbә yoluna baxmağa başladı. Bir müddәt belәcә
            qaldı. Әllәrini bir-birinә sürtüb baxışlarını küçәdә gәzdirdikdәn
            sonra ürәyinә qәfil bir qorxu doldu vә hasardan düşüb, tәzәdәn
            bayaqkı eyvana qayıtdı.
                Bu iyirmi ildә qәsәbәnin çözülmәmiş sirri olan Vinq Biddlbaum
            Corc  Villardla söhbәt edәrkәn utancaqlığını, qorxaqlığını bir
            qәdәr unudurdu. Şübhә vә müәmmalar içindәki dumanlı şәxsiyyәti
            belә vaxtlarda öz gizli dünyasından çıxıb bu dünyaya tәşrif
            gәtirirdi. Bәzәn hәtta özündә cәsarәt tapıb gәnc jurnalistlә birgә
            Meyn küçәsindә gәzirdi. Çölә çıxmadığı vaxtlarda isә evinin
            laxlayan eyvanında o tәrәfә, bu tәrәfә gedәrәk Corca hәyәcanla
            nәsә danışırdı. Bu zaman onun asta vә titrәk sәsi uca vә sәrt sәsә
            çevrilirdi. Әyilmiş qәddini düzәldir, balıqçının çaya qaytardığı
            balıq kimi qıvraq hәrәkәtlәr edәrәk danışır vә uzun illәrin sükutu
            zamanı könlünә yığılan hiss vә duyğularını sözlә ifadә etmәyә
            can atırdı.
                O, çox vaxt әllә danışırdı. Әksәr hallarda ciblәrindә, yaxud
            da arxasında gizlәtmәyә çalışdığı әllәrini bu zaman daha gizlәtmirdi
            vә incә, sirli barmaqları fikrini ifadә etmәk üçün onun әsas
            silahına çevrilirdi.
                Vinq Biddlbaumun әhvalatı, әslindә, elә onun әllәri ilә
            bağlıdır. O әllәr qәfәsә salınmış quşun durmadan çaldığı qanadlar
            kimi cәld idi vә bunu görәn adamlar ona “Vinq”  adını vermişdi.
            Bunu  Vaynzburqun hansısa namәlum şairi fikirlәşib tapmışdı.
            Bu әllәr öz sahibini nәdәnsә çox narahat edirdi. Vinq cidd-cәhdlә
            әllәrini gizlәtmәyә çalışır vә tarlada onunla birgә işlәyәn, yaxud
            da yorğun atların qoşulduğu faytonları kәnd yolları ilә sürәn
            insanların heç bir mәna ifadә etmәyәn, hәrәkәtsiz әllәrinә hәmişә
            tәәccüblә baxırdı.
                Corc Villardla danışarkәn o, yumruğunu düyünlәyir vә divara,
            yaxud da stolun üstünә çırpırdı. Bu, onu rahatlaşdırırdı. Çöldә
            olanda isә bir kötük, yaxud da taxta çәpәr axtarır vә yumruğunu
            döyәclәyә-döyәclәyә daha rahat halda söhbәtinә davam edirdi.
                Vinq Biddlbaumun әllәri haqqında, bәlkә dә, bir kitab yazmaq
            olar. Әgәr yaxşı yazılsa, hәmin kitab bu sirli adamın qәribә
            xüsusiyyәtlәrini, müsbәt keyfiyyәtlәrini üzә çıxarar. Bu kitabı
            yazmaq әsl şair işidir.


          20
   15   16   17   18   19   20   21   22   23   24   25