Page 25 - anderson_Макет 1
P. 25
Əllәr
yay gecәsinin tanış sükutuyla tәkbәtәk qoyanda o ayağa qalxıb
yenә bayaqkı eyvana getdi. Qaranlıqda daha görünmürdü deyә
indi әllәrinin tәlaşı da bir az sәngimişdi. Ürәyindәki insan
sevgisini ifadә etmәk üçün yeganә hәmsöhbәti olan Corcun
gәlmәyini o, hәlә dә hәsrәtlә gözlәyirdi vә bu hәsrәt yenә dә
onun tәnhalığının vә nigaran gözlәntilәrinin bir parçasına çevrilirdi.
Vinq Biddlbaum lampanı yandırıb, qabları yumağa başladı.
Yemәyi çox sadә olduğu üçün qablar çox da çirklәnmәmişdi.
Sonra o, eyvana aparan arakәsmәnin yanındakı qatlanan çarpayını
düzәldib yatmağa hazırlaşdı. Stolun ayaqları tәrәfә, tәmiz
döşәmәnin üstünә ağ çörәk qırıntıları düşmüşdü. Lampanı kәtilin
üstünә qoydu vә qırıntıları bir-bir yığıb inanılmaz cәldliklә ağzına
apardı.
Stolun altındakı tutqun işığın әhatәsindә dizi üstә yerә çökәn
adam kilsәdә ibadәt edәn keşişi xatırladırdı. Onun işıqda arabir
gözә dәyәn ürkәk vә sirli barmaqları isә dua edәrәk tәsbehin
dәnәlәrini durmadan çevirәn bir möminin barmaqlarına bәnzәyirdi.
25