Page 30 - anderson_Макет 1
P. 30

Şervud Anderson



                                      ANA

                Corc Villardın anası Elizabet Villard hündürboy, arıq qadın
            idi. Üzündә suçiçәyi xәstәliyindәn qalan nişanәlәr gözә dәyirdi.
            Qırx beş yaşı olsa da, hansısa gizli bir xәstәlik onun bütün
            şuxluğunu vә şövqünü әlindәn almışdı. O, bәzәn otağından çıxıb
            dağınıq vә köhnә mehmanxananı halsız-halsız dolaşır, rәngi
            solmuş divar kağızlarına vә köhnәlib әsgiyә çevrilmiş xalçalara
            baxa-baxa otaqları gәzir, bәzәnsә özünü yaxşı hiss elәyәndә
            mehmanxanada tәmizlik işlәri görür, qonaqların çarpayılarını
            sәliqәyә salırdı. Arıq vә cazibәdar görünüşlü, dördkünc çiyinlәri
            vә eşmә bığı olan әri  Tom  Villard bacardığı qәdәr Elizabet
            haqqında düşünmәmәyә çalışırdı. Tom qadının dәhlizlәri dolaşan
            kabusa bәnzәr hündür fiqurasını hәr dәfә gördükcә bunu hәyatın
            ona yağdırdığı mәzәmmәtlәr vә tәnәlәr kimi qәbul edirdi. Onun
            haqqında hәr dәfә düşündükcә Tom әsәbilәşir vә özünü söymәyә
            başlayırdı. Mehmanxana artıq neçә vaxt idi ki gәlir gәtirmirdi vә
            hәmişәki kimi iflasın bir addımlığında idi. Tom mümkün olduğu
            qәdәr mehmanxanadan da uzaq qalmağa çalışırdı. Bu qәdim
            bina vә birgә yaşadığı o qadın Tomun nәzәrindә mәğlubiyyәtin
            vә ölümün rәmzlәri idi. Bir vaxtlar ümidlә yaşamağa başladığı
            bu mehmanxana indi köhnә xәyalların qorxunc kabusuna çevrilmiş -
            di. Hәmişәki әsgәr yerişi ilә Vaynzburq küçәlәrindә gәzdiyi za -
            man ciddi vә şıq geyimli Tom sanki o köhnә binanın kabusu ilә
            qa dının kabusunun onu izlәdiyindәn qorxurmuş kimi, bәzәn
            dayanıb tәlaşla geriyә baxır vә öz-özünә deyinirdi:
                – Lәnәtә gәlsin belә hәyat, lәnәtә gәlsin!
                Tom Villard siyasәtә dәrindәn maraq göstәrәn adam idi vә
            uzun illәr qatı respublikaçı cәmiyyәtdә aparıcı demokratlardan
            olmuşdu.
                – Bir gün, – o, öz-özünә deyirdi, – bu siyasi gedişatın hamısı
            mәnim xeyrimә dәyişәcәk. Onda illәrlә göstәrdiyim bu qarşılıqsız
            xidmәtimin mükafatı verilәcәk.
                O, konqresә gedәcәyinin, hәtta qubernator olacağının xәyalını
            qururdu. Bir dәfә siyasi konfransların hansındasa partiyanın gәnc
            bir üzvü ayağa qalxıb öz sәdaqәtli xidmәti haqqında danışanda
            Tom Villard әsәbindәn, az qala, cin atına minmişdi.

          30
   25   26   27   28   29   30   31   32   33   34   35