Page 35 - anderson_Макет 1
P. 35

Ana

          ki, sәn öhdәsindәn gәlәcәksәn.  Villә dә bunu dedim. Dedim,
          düzәlәcәk, narahat olmayın. Sәn ağlı başında olan adamsan, qız-
          zad deyilsәn, Corc. Sәn Tom Villardın oğlusan. Özünә gәlmәlisәn.
          Mәn buna inanıram, qorxmuram. Bilirәm ki, bir izahın var. Әgәr
          jurnalistlik elәyәndәn sonra yazıçı olmaq fikrinә düşmüsәnsә, bu
          normaldır. Әgәr belәdirsә, onda sәn fikrini, güc-qüvvәni buna
          yönәltmәlisәn. Bunun üçün dә yatdığın o yuxudan oyanmalısan.
             Tom Villard tez dәhlizdәn keçib, pillәkәnlә öz otağına düşdü.
          Qaranlıqda gözlәyәn qadın onun gülüşünü vә qeydiyyat otağının
          qapısı ağzında mürgülәyәrәk axşamın cansıxıcılığından yaxa
          qurtarmağa çalışan qonaqla etdiyi söhbәti eşidirdi. Elizabet
          tәzәdәn oğlunun otağına qayıtdı. Sanki hansısa möcüzә onun
          bәdәnindәki halsızlığı, zәifliyi yoxa çıxarmışdı. O, indi cәsarәtli
          addımlarla yeriyirdi. Beynindә min cür fikir fırlanırdı. Oğlunun
          otağından ayaqları döşәmәyә sürtülәn stulun vә qatlanıb әzilәn
          kağız-kuğuzun sәsini eşitdikdәn sonra qadın yenә üzünü çevirib
          öz otağına tәrәf getdi.
             Vaynzburq mehmanxanasının sahibәsi olan bu bәxtsiz qadının
          ağlına qәfildәn qәti bir fikir gәldi. Bu fikir onun illәr uzunu sak-
          it-sakit düşündüklәrinin nәticәsi idi.
             – İndi, – dedi, – indi bu işi görәcәm. Oğlumu hansısa tәhlükә
          gözlәyir. Mәn buna mane olacam.
             Tom Villardla Corc arasındakı söhbәtin mehriban vә sakit
          keçmәsi, onların bir-birini anlayaraq xoş danışmaları Elizabeti
          dәliyә döndәrmişdi. O, әrinә qarşı illәrlә nifrәt bәslәsә dә, bu
          nifrәt sırf onun özünә qarşı olmamışdı. Tom sadәcә onun nifrәt
          etdik lәrinin bir parçası idi.  Amma qapı ağzındakı söhbәtini
          eşitdikdәn sonra Elizabetin bu nifrәti indi mәhz Tomun üstündә
          cәmlәşmişdi. Qadın öz otağının qaranlığında yumruğunu sıxaraq
          baxışlarını әtrafda gәzdirdi. Divardakı mismardan asılan çantaya
          sarı getdi vә tikiş qayçısını çıxarıb, xәncәr kimi әlindә tutaraq
          ucadan dedi:
             – Onu bıçaqlayacam. O özü bunu seçdi. Şeytan olmağı seçdi.
          Öldürәcәm onu. Onu öldürәndә ürәyimdә bir tel qırılacaq, mәn
          dә ölәcәm. İkimizin dә canı qurtaracaq.

                                                                  35
   30   31   32   33   34   35   36   37   38   39   40