Page 39 - anderson_Макет 1
P. 39

FİLOSOF


             Hәkim Parsival sarı bığlı, yekәpәr bir kişi idi.  Ağzının
          qıraqları üzündә tәәssüf ifadәsi yaradacaq şәkildә aşağı әyilmişdi.
          Әyninә hәmişә çirkli, ağ gödәkcәsini geyinәr vә cibindәki
          siqaretlәrin çölә çıxdığı kәnardakıların diqqәtindәn yayınmazdı.
          Çürüyüb qaralmış dişlәri hәm dә әyri-üyrü idi. Baxışlarında
          hәmişә qәribә bir ifadә olardı. Sol gözündә qıcolma var idi.
          Bәzәn sol gözü pәncәrә jalüzü kimi yumulub açılırdı vә elә
          tәәssürat yaranırdı ki, sanki kimsә hәkimin başının içindә dayanıb
          jalüzün ipi ilә oynayır.
             Hәkim Parsival Corc Villardın xәtrini çox istәyirdi. Corcun
          “Vaynzburq İql” qәzetindә işlәdiyi bir il müddәtindә onu tanımışdı
          vә bu tanışlığın da әsas tәşәbbüskarı hәkim özü olmuşdu.
             Axşam düşәndәn sonra “Vaynzburq İql” qәzetinin sahibi vә
          redaktoru Vill  Henderson Tom Villinin  meyxanasına  gedәrdi.
          Küçәlәrdәn keçib, arxa qapıdan meyxanaya girәr vә çox vaxt
          göyәm arağı ilә qazlı suyun qarışığından ibarәt bir içki içәrdi.
          Vill Henderson hәssas adam idi vә artıq qırx beş yaşına çatmışdı.
          Ona elә gәlirdi ki, içki onu gәnclәşdirir. Bütün hәssas adamlar
          kimi qadınlar haqqında danışmaqdan zövq alırdı vә vaxtının bir
          saatını Tom Villi ilә qeybәtdә keçirirdi. Meyxana sahibi balacaboy,
          enlikürәk vә çox qәribә әllәri olan bir adam idi. Başqalarının
          yanaqlarına çökәn qızartı onun barmaqlarını vә әllәrinin arxasını
          al rәngә boyayırdı. Piştaxta arxasında dayanıb Vill Hendersonla
          danışarkәn әllәrini bir-birinә sürtürdü. Hәyәcanlandığı vaxtlarda
          isә barmaqlarındakı qızartı daha da tündlәşirdi. Adama elә gәlirdi
          ki, sanki bu әllәr qan dolu çәllәyә batırılıb vә sonra quruyan
          qanın rәngi әllәrdә qalıb.
             Vill Henderson piştaxtanın yanında dayanıb qırmızı әllәrә
          baxa-baxa qadınlar haqqında söhbәt edәrkәn kömәkçisi Corc
          Villard “Vaynzburq İql” qәzetinin ofisindә oturub Hәkim Parsivalın
          söhbәtlәrini dinlәyirdi.
             Vill Henderson ofisdәn çıxan kimi Hәkim Parsival redaksiyada
          peyda olmuşdu. Kәnardan baxana elә görünәrdi ki, hәkim öz
          otağının pәncәrәsindәn redaktoru izlәyib onun çıxmasını

                                                                  39
   34   35   36   37   38   39   40   41   42   43   44