Page 42 - anderson_Макет 1
P. 42

Şervud Anderson

                İstәyirәm sәnә qardaşım haqqında danışım. Çünki әsas
            mәsәlәlәr onunla bağlıdır. Qardaşım dәmiryol rәngsazı idi. “Biq
            For” şirkәtindә işlәyirdi. O yolu sәn dә bilirsәn dә, burdan –
            Ohayodan gәlib-keçir. Demәli, qardaşım o biri işçilәrlә yük
            vaqonunda yaşayırdı. Şәhәr-şәhәr gәzib, dәmir yoluna aid olan
            şeylәri – siqnal işarәlәrini, şlaqbaumları, qatar körpülәrini,
            stansiyaları rәnglәyirdilәr.
                “Biq For” şirkәtinin işçilәri stansiyaları hәmişә o iyrәnc
            rәnglә – narıncı ilә rәnglәyirdilәr. İlahi, mәn o rәngә necә dә
            nifrәt elәyirәm! Qardaşımın üst-başında hәmişә bu rәng olardı.
            Maaşı verilәn gün evә kefli gәlirdi. Pulunu cibinә qoyub, әynindә
            yenә dә o hәmişәki rәngә batmış paltarla sәrxoş halda evә girirdi.
            Maaşını anaya vermirdi. Gәtirib elә topa ilә stolun üstünә qoyurdu.
                Evdә hәmişә narıncı boya lәkәsi olan paltarıyla gәzirdi.
            Dedikcә o mәnzәrә tәzәdәn gözümün önündә canlanır. Cansız-
            cüssәsiz anam evin arxasındakı daxmadan çıxıb içәri gәlirdi. O,
            bütün gününü hәmin daxmada camaatın çirkli paltarlarını yumaqla
            keçirirdi. İçәri girib stolun yanında dayanır, sabun köpüyünә
            batan önlüyü ilә qan basmış, kәdәrli gözlәrini ovuşdururdu.
                “Dәymә, o pula dәymә!” – qardaşım içәridәn çığırırdı. Sonra
            gәlib özü beş-on dollar götürür, iti addımlarla hansısa meyxanaya
            gedirdi. Götürdüyü pulu xәrclәyәndәn sonra bir az da götürmәk
            üçün tәzәdәn qayıdırdı.  Anaya, demәk olar ki, heç vaxt pul
            vermirdi. Pul qurtarandan sonra isә tәzәdәn işinә qayıdır, dәmir
            yolundakı işçilәrә qoşulurdu. O gedәndәn sonra evimizә әrzaq,
            anam üçün paltar, mәnә bir cüt ayaqqabı, ya da nәsә bu cür başqa
            şeylәr gәlirdi.
                Anam qardaşımı mәndәn çox istәyirdi. Qәribәdir, hә? Qardaşım
            heç vaxt nә anaya, nә dә mәnә bir xoş söz demәsә dә, günlәrlә
            stolun üstündә qalan pula toxunmamağımız üçün bizi hәdәlәsә
            dә, anam onu mәndәn çox istәyirdi.
                Anamla mәn yaxşı yola gedirdik. Mәn keşişlik üçün oxuyur,
            hәmişә dә dua edirdim. Dua elәmәkdә әmәlli-başlı canfәşanlıq
            göstәrirdim. Kaş dua edәndә mәni eşidәrdiniz.  Atam ölәndә
            bütün gecәni dua elәmişdim. Qardaşım gecәlәri şәhәrdә içәndә,
            bizә nәsә almaqdan ötrü mağazaları gәzәndә dә dua edirdim.
            Axşamlar yemәkdәn sonra pulun qoyulduğu stolun yanında diz

          42
   37   38   39   40   41   42   43   44   45   46   47