Page 45 - anderson_Макет 1
P. 45

Filosof

          sözә başladı. – Mәn insan tәbiәtinә çox yaxşı bәlәdәm. Mәn nә
          olacağını dәqiq bilirәm. Hamı mәnim bu hәrәkәtimdәn danışacaq.
          Camaat bir yerә yığışıb bu haqda söhbәt edәcәk. Sonra hamısı
          tökülüşüb bura gәlәcәk.  Aramızda dava düşәcәk, mәni
          hәdәlәyәcәklәr, asmaq istәyәcәklәr. Sonra bir dә görәcәm ki,
          әllәrindә kәndirlә qapımın ağzında hazır dayanıblar.
             Hәkim Parsival qorxudan әsirdi.
             – Ürәyimә damıb, – israrla davam etdi, – bәlkә, dediklәrim
          bu sәhәr olmayacaq. Bәlkә, axşama qәdәr gözlәyәcәklәr. Amma
          mütlәq axırıma çıxacaqlar. Hamı hәyәcanla o anı gözlәyәcәk. Vә
          nәhayәt, bir gün mәni, doğrudan da, Meyn küçәsindәki işıq
          dirәyindәn asacaqlar.
             Çirkli otağının qapısına sarı gedәrәk küçәyә düşәn pillә kәn -
          dәn aşağıya qorxa-qorxa göz gәzdirdi. Qayıdanda gözlәrindәki
          qorxu ifadәsi şübhә ilә әvәz edilmişdi. Barmaqlarının ucu ilә
          Corca tәrәf gәldi, әli ilә onun sinәsindәn astaca vurub başını
          yellәyә-yellәyә pıçıldadı:
             – İndi olmasa da, nә vaxtsa. Әvvәl-axır mәni çarmıxa
          çәkәcәklәr. Heç nәdәn, günahsız yerә mәni çarmıxa çәkәcәklәr.
             Hәkim Parsival bu dәfә yalvarışlı sәslә sözlәrinә davam etdi:
             – Gör nә deyirәm. Әgәr nәsә olsa, yarımçıq qalan kitabımı
          sәn bitirәrsәn. İdeyası çox sadәdir. Elә sadәdir ki, diqqәtli
          olmasan, yadından çıxar. Demәli, ideya belәdir. Dünyada hamı
          İsadır vә hamı İsa kimi çarmıxa çәkilir. Demәk istәdiyim fikir
          budur. Yaddan çıxarma. Nә olur-olsun, bircә bunu yaddan çıxarma.





















                                                                  45
   40   41   42   43   44   45   46   47   48   49   50