Page 26 - anderson_Макет 1
P. 26

Şervud Anderson



                           KAĞIZ YUMRULARI

                O, iri burnu vә yekә әllәri olan ağsaqqallı qoca bir kişi idi.
            Onu ilk dәfә tanıdığımız vaxtdan xeyli әvvәl hәkimliklә mәşğul
            olmuş, ağ rәngli yorğun atını Vaynzburq küçәlәrindә evdәn-evә
            sürәrәk insanlara xidmәt göstәrmişdi. Sonralar varlı bir qızla
            evlәnmişdi. Atası öldükdәn sonra hәmin qıza böyük vә mәhsuldar
            bir ferma miras qalmışdı. Sakit vә hündürboylu bu qaraşın qızı
            çox adam gözәl hesab edirdi vә bu adamlar anlaya bilmirdilәr ki,
            qız nә üçün hәkimә әrә gedib.
                Nikahlarından bir il keçmәmiş isә qız ölmüşdü.
                Hәkimin әllәri, әlinin oynaqları hәddәn artıq yekә idi. Әllәrini
            bükdüyü zaman oynaqları polad simlәrlә bir-birinә bağlanmış
            qoz yekәliyindә olan boyasız vә yumru taxtalara bәnzәyirdi. O,
            qarğıdalıdan düzәldilmiş qәlyan çәkirdi. Arvadının ölümündәn
            sonra bütün günü bomboş otağında, yan-yörәsini tor basmış
            pәncәrәsinin yanında otururdu. Heç vaxt pәncәrәni açmırdı. Bir
            dәfә isti avqust günlәrinin birindә pәncәrәni açmaq istәmiş,
            amma pәncәrәnin ilişdiyini, açılmadığını görәndәn sonra bu
            istәyini birdәfәlik unutmuşdu.
                Vaynzburq da bu qoca kişini unutmuşdu.  Amma Hәkim
            Rifinin ruhunda gözәl vә işıqlı nә isә var idi. O, Paris Parça
            mağazasının yuxarısında yerlәşәn üfunәtli otağında tәk-tәnha,
            dayanmadan işlәyir, qurduğu xәyallarda hәyat hәqiqәtlәrindәn
            ibarәt kiçik piramidalar düzәldir vә sonra hәmin piramidaları
            uçururdu ki, başqalarını yaratmaq üçün yeni hәqiqәtlәr tapsın.
                Hәkim Rifi hündürboy adam idi. Әynindәki paltarları düz on
            il idi ki geyinirdi. Paltarın qollarının rәngi getmiş, dirsәk vә
            dizlәrindә isә deşiklәr әmәlә gәlmişdi. Otağında olarkәn kәtan
            xalatını da geyinirdi. Xalatın yekә ciblәri var idi vә hәkim kağız
            parçalarını hәmişә o ciblәrә doldururdu. Bir neçә hәftә sonra o
            kağızlar әzilib yumrulanır vә balaca, bәrk toplara çevrilirdi.
            Ciblәri dolanda isә kağızları döşәmәyә boşaldırdı. Bu on ildә
            onun cәmi bir dostu olmuşdu.  Vaynzburqdakı tingliyin sahibi
            olan Con Spәnyard adlı bu adam elә onun kimi qoca biri idi.
            Bәzәn zarafat damarı tutanda Hәkim Rifi cibindәki kağız yumru -
            la rını çıxarıb dostuna atardı.

          26
   21   22   23   24   25   26   27   28   29   30   31