Page 191 - anderson_Макет 1
P. 191

Ölüm

              – Amma mәnә söz ver. Evlәnmәmәyә söz vermirsәnsә, heç
          olmasa, söz ver ki, o pulu  Toma vermәyәcәksәn, ona o pul
          haqqında heç nә demәyәcәksәn. O pul mәnim pulumdu, sәndәn
          bunu istәmәyә haqqım var. Gizlәdәrsәn o pulu. Ata kimi sәnә
          heç nә elәyә bilmәdim. Heç olmasa, bu pulla sәnә kömәk etmәk
          istәyirәm. Burdan gedib özünә tәzә hәyat qura bilәrsәn. Mәn
          ölürәm, söz ver mәnә, ölürәm.
             Hәkim Rifinin otağında qırx beş yaşlı, çәlimsiz vә әzgin Eli -
          za bet sobanın yanındakı stula әylәşәr, gözlәrini döşәmәyә zillә -
          yәr di. Pәncәrәnin yanındakı kiçik masanın arxasında isә Hәkim
          Rifi oturar vә karandaşı ilә oynayardı. Elizabet bu dәfә evlilik
          hәyatından danışırdı. O, әrini sanki yad bir adam kimi tәqdim
          etmәyә çalışırdı.
             – Sonra mәn evlәndim, amma heç nә mәn istәyәn kimi
          olmadı, – o, acı-acı dedi, – evliliyin nә olduğunu hiss edәn kimi
          ondan qorxmağa başladım. Bәlkә dә, evlilikdәn qabaq çox şeylәri
          bildiyim üçün mәnә elә gәlirdi. Onunla keçirdiyim ilk gecәdә
          çox şeyi anladım. Eh, nә bilim. Mәn necә dә axmaq idim. Atam
          o pulu mәnә verib, evlәnmә deyәndә ona qulaq asmadım. Mәn o
          biri qızlara baxdım, onların dediyini eşitdim. Onlar kimi, mәn dә
          әrә getmәk istәyirdim. Mәnim istәdiyim Tom deyildi, istәdiyim
          ailә qurmaq idi. O gün atamla söhbәt edәndәn sonra pәncәrәyә
          söykәnib hәyatımı tәzәdәn götür-qoy elәdim. Mәn pis qadın
          kimi tanınmaq istәmirdim. Bütün qәsәbәdә hamı mәnim haqqımda
          yüz cür söz deyirdi. Hәtta qorxurdum ki, Tom fikrini dәyişәr.
             Hәyәcandan qadının sәsi titrәmәyә başladı. Özündәn xәbәrsiz
          yavaş-yavaş bu qadına vurulmağa başlayan Hәkim Rifi isә
          diqqәtlә onu dinlәyirdi. Hәkimә elә gәlirdi ki, danışdıqca Elizabet
          cavanlaşır, üzündәki qırışlar çәkilib gedir. Bu düşüncәlәrini o, öz
          alәmindә hәkim kimi izah etmәyә çalışırdı:
             – Ürәyini açıb, dәrdini bölüşmәk tәkcә mәnәvi yox, hәm dә
          cismani cәhәtdәn çox xeyirlidir.

                                                                  191
   186   187   188   189   190   191   192   193   194   195   196