Page 195 - anderson_Макет 1
P. 195

Ölüm

             Elizabet cümә günü saat 3-dә keçindi. Hәmin gün sәhәr hava
          soyuq vә yağışlı idi, amma günortadan sonra günәş çıxmışdı.
          Ölmәzdәn әvvәl o, düz altı gün iflic vәziyyәtdә, danışmaqdan vә
          hәrәkәt etmәkdәn mәhrum halda yatağında uzanılı qalmışdı.
          Onun tәkcә fikri vә gözlәri diri idi. Hәmin altı gündә Elizabet
          ancaq oğlu haqqında düşünmüş, ona son sözlәrini demәk istәmişdi.
          Bu istәklәr Elizabeti bürüyәndә onun gözlәrindә elә dәhşәtli vә
          elә tәsirli bir ifadә yaranmışdı ki, o gözlәri görәnlәr illәr boyu
          hәmin baxışları unuda bilmәdilәr. Hәtta heç vaxt onunla yola
          getmәyәn әri Tom Villard da arvadının bu halını görәndә göz
          yaşlarını saxlaya bilmәdi, göz yaşları onun yanaqlarından süzülüb
          bığının, saqqalının tüklәrinә qarışdı. Әli ilә göz yaşlarını silmәyә
          çalışan Tom Villardın ağlayan üzü günlәrlә şaxtalı havada qalmış
          itlәrin üzü kimi büzüşmüşdü.
             Corc evә axşam qayıtdı. Otağına keçib saçlarını darayandan,
          paltarlarını qaydasına salandan sonra dәhlizә çıxdı vә anasının
          meyiti qoyulan otağa girdi. Qapının yanındakı masanın üstündә
          şam yanırdı. Hәkim Rifi çarpayının böyründәki stulda әylәşmişdi.
          Corcu görәndә ayağa qalxıb otaqdan çıxmaq istәdi. Oğlanla
          görüşmәk üçün әlini qabağa uzatsa da, sonra yöndәmsiz şәkildә
          geri çәkdi.
             Otağın havası hәddәn artıq ağır idi.
             Hәkim gedәndәn sonra ölmüş qadının oğlu stulda әylәşdi vә
          gözlәrini döşәmәyә zillәdi. O, yenidәn bir az әvvәlki düşün cә lә -
          ri nә qayıtdı vә qәfildәn ağlına qәti bir fikir gәldi. O, öz hәyatını
          dәyişmәli, Vaynzburqu tәrk etmәliydi.
             – Başqa yerә gedәcәm. Hardasa özümә qәzetdә bir iş tapıb
          yaşayaram, – Corc fikrindәn keçirdi. O, yenә dә bu gün axşam
          görüşmәk istәdiyi o qızı xatırladı vә hәr şeyin niyә bu cür tәrs
          getdiyini düşünәrәk әsәbilәşdi.
             Yarıqaranlıq otaqda anasının meyiti yanında әylәşәn Corc
          baş tutmamış görüşü haqqında xәyallar qurmağa başladı. İndi o,
          anasının son aylar ölümә duyduğu hәsrәti yaşamağa qarşı duyurdu.
          Corc gözlәrini yumdu vә xәyalına Helen Vaytın qırmızı, gözәl

                                                                  195
   190   191   192   193   194   195   196   197   198   199   200