Page 198 - anderson_Макет 1
P. 198

Şervud Anderson



                                 YETKİNLİK


                Payızın sonları idi. Axşam düşürdü. Hәmin gün kәndlilәr
            Vaynzburq yarmarkasına görә dәstә-dәstә qәsәbәyә axışmışdılar.
            Sәhәr hava aydın idi. Gecәnin dә xoş vә mülayim olacağı hiss
            edilirdi. Qәsәbәdәn çıxdıqdan sonra meyvә bağları arasında
            genişlәnәn Trunyon Payk yolu indi qәhvәyi rәngli quru yarpaqlarla
            örtülmüşdü. Ötüb-keçәn faytonların qaldırdığı toz sanki bulud
            topalarına çevrilәrәk yolları ağzına almışdı. Yumaq kimi bükülәn
            uşaqlar faytonların arxasında, yerdәki samanın üstündә yatmışdılar.
            Saçları tamam toz içindә, yapışqanlı barmaq ları isә çirkli vә qara
            idi. Yoldan qalxan toz әkin sahәlәrinin üstünә yayılır vә batmaqda
            olan Günәş öz şüaları ilә o toz tәbәqәsini şölәlәndirirdi.
                Vaynzburqun Meyn küçәsindә bütün mağazalar, sәkilәr adamla
            dolu idi. Qaş qaralır, atlar asta sәslә kişnәyir, mağazadakı satıcılar
            tәşvişlә o tәrәfә, bu tәrәfә qaçışır, balaca uşaqlar qarışıq lıq içindә
            valideynlәrindәn aralı düşüb itir vә ucadan qışqıraraq ağlayırdılar.
            Belәcә, Amerikanın bir qәsәbәsindә insanlar hәyatın zövqünü
            duymaq uğrunda durmadan mübarizә aparırdılar.
                Meyn küçәsindәki kütlәni yararaq özünә yol açan Corc
            Villard Hәkim Rifinin otağına aparan pillәkәnin üstündә özünә
            gizli bir yer tapıb diqqәtlә adamlara baxırdı. Onun odlu baxışları
            mağazaların işığı altında o tәrәfә, bu tәrәfә gedib-gәlәn adamların
            üzündә gәzirdi. Beynindә min cür fikir dolaşırdı, amma Corc heç
            nә fikirlәşmәk istәmirdi. Ayaqlarını hövsәlәsiz halda taxta pillәlәrә
            döyәclәyir, iti nәzәrlәrlә әtrafına baxır vә:
                – Bu qız niyә getmir? Bütün günü onunla qalası deyil ki.
            Yoxsa bu qәdәr vaxtı boş-boşuna gözlәmişәm? – deyә öz-özünә
            mızıldanırdı.
                Ohayo әyalәtlәrinin birindә doğulub-böyümüş Corc Villard
            artıq kişilik mәrhәlәsinә qәdәm qoymaq әrәfәsindә idi vә neçә
            vaxt idi ki, ağlına gәlәn yeni fikirlәr onu rahat buraxmırdı.

         198
   193   194   195   196   197   198   199   200   201   202   203