Page 200 - anderson_Макет 1
P. 200

Şervud Anderson

            yaşamalıdır. Bunları düşünә-düşünә onu titrәtmә tutur, gәrgin
            baxışlarla әtrafına baxır. Bu on sәkkiz illik hәyatının kiçik bir an
            olduğunu, insanlığın böyük yürüşündә cәmi bircә addımlıq mәsafә
            qәdәr yol gәldiyini dәrk elәyir. Vә artıq ölümün hәnirtisini eşidir.
            Bütün ruhunu saran dәrin bir istәklә başqa bir insana yaxınlaşmaq,
            әllәri ilә ona toxunmaq vә onun da әllәrinin toxunuşunu hiss
            etmәk istәyir. Xәyalına gәtirir ki, bu insan arzu etdiyi gözәlliyi
            özündә gәzdirәn vә onun bütün hisslәrini başa düşәn bir qadındır.
            Anlayır ki, hәr şeydәn çox başa düşülmәyini istәyir.
                Bu duyğular Corc Villardı çaşbaş salanda Vaynzburq bankirinin
            qızı Helen Vaytı düşünürdü. Çünki Helen Vaytın da onun kimi
            yeni bir mәrhәlәyә qәdәm qoyduğunu, artıq qadın kimi yetişdiyini
            bilirdi. Bir dәfә, bir yay gecәsindә Helen Vaytla gәzәrkәn, on
            sәkkiz yaşı olmasına baxmayaraq, qızın gözlәrindә önәmli vә
            böyük adam kimi görünmәyә çalışaraq bir xeyli lovğalanmış,
            özünü ağızdolusu tәriflәmişdi. İndi isә o, Helen Vaytı başqa şey
            üçün görmәk istәyirdi. Qıza yeni arzuları haqqında danışmaq
            istәyirdi. Bir vaxtlar qızın gözlәrinә özünü әsl kişi kimi göstәrmәyә
            çalışanda hәlә kişilik mәrhәlәsindәn uzaq idi. İndi isә qızın
            yanında olmağa vә özündә baş verәn bu dәyişikliyi ona hiss
            etdirmәyә can atırdı.
                Helen  Vayta gәlincә, bәli, Corcun düşündüyü kimi, o da
            dәyişiklik mәrhәlәsindә idi. Corcun hiss etdiklәrini o da hiss
            edirdi. Helen artıq yeniyetmә qız deyildi. Bütün qәlbi ilә qadın
            gözәlliyinә vә zәrifliyinә qovuşmaq arzusunda idi. O, Kolumbiyada
            kollecdә oxuyurdu vә Yarmarka gününü Vaynz burq da keçirmәk
            üçün birgünlük tәtilә gәlmişdi. Onun da gözlәri önündә xatirәlәr
            bir-bir canlanmaqda idi. Bütün günü anasının qonağı olan kollec
            müәllimi ilә tribunada oturmuşdu. Bu gәnc oğlan xasiyyәtcә çox
            vasvası idi vә qız bunu dәrhal hiss edib istәdiyi adamın bu
            olmadığını başa düşmüşdü. Amma yarmarkada yanında belә bir
            adamın olmasından mәmnun idi, çünki oğlan yaxşı geyinmişdi
            vә başqa yerdәn gәldiyi dәrhal hiss edilirdi. Qız bilirdi ki, bu


         200
   195   196   197   198   199   200   201   202   203   204   205