Page 204 - anderson_Макет 1
P. 204
Şervud Anderson
Müәllim:
– Yaxşı ki, әlimә bu imkan düşdü. Bura gәlmәklә bir çox
qızın hansı mühitdә böyüdüyünә şahid ola bildim, – dedi. – Buna
görә sizә minnәtdaram, xanım Vayt.
Sonra üzünü Helenә tutub soruşdu:
– Siz hәlә dә hәyatınızın bu qәsәbәyә bağlı olduğunu
düşünürsüz? Burda sizi maraqlandıran kimlәrsә var?
Oğlanın sәsi Helenә tәkәbbürlü vә bezdirici gәlirdi.
Helen ayağa qalxıb evә girdi. Bağçaya açılan qapının arxasında
dayandı vә qulaq asdı. İndi dә anası danışmağa başlamışdı:
– Burda Helenә yaraşan heç kәs yoxdu.
Helen evin arxasındakı pillәkәnlә aşağı düşdü vә bağçaya
çıxdı. Qaranlıqda dayandı vә payız axşamının soyuğunda titrә -
mә yә başladı. Ona elә gәldi ki, dünya ancaq boş-boş danışan
gәvәzә adamlardan ibarәtdir. Qәribә bir çılğınlıqla bağçanın
qapısına tәrәf qaçdı vә tövlәnin qarşısından keçib yandakı balaca
küçәyә çıxdı.
– Corc, hardasan, Corc? – deyә iztirab dolu bir ah çәkdi.
Sonra dayandı vә ağaca söykәnib әsәbi halda gülmәyә başladı.
Hәmin an Corc bayaqkı sözlәri tәkrar edә-edә balaca vә qaranlıq
küçә ilә onların evinә tәrәf gәlirdi. “İndi düz onların evinә
gedәcәm. Lazım gәlsә, içәri girib oturacam”. Helenә yaxınlaşarkәn
dә öz-özünә bu sözlәri deyirdi. Qızın yanına çatanda dayandı,
heç nә anlamadan gözünü ona zillәdi. Sonra qәfildәn:
– Gәl gedәk, – deyә dillәndi vә qızın әllәrindәn tutdu.
Başlarını aşağı salıb küçәnin kәnarı ilә, ağacların altı ilә getmәyә
başladılar. Quru yarpaqlar ayaqları altında qalıb xışıldadı. Qızı
tapdıqdan sonra indi dә Corc ona nә deyәcәyini fikirlәşmәyә
başladı.
Yarmarka meydanının aşağı hissәsindә taxtası çürümüş köhnә
bir tribuna var: heç vaxt boyanmayıb vә taxtaları da vaxt keçdikcә
köhnәlәrәk әyri-üyrü hala düşüb. Yarmarka meydanı Vayn çayı
204