Page 206 - anderson_Макет 1
P. 206
Şervud Anderson
Kimsә bu mәnzәrә önündә hәyatın mәnasızlığını düşünәrәk
dәhşәtә gәlirdi. Vә kimsә – әgәr o adam vaynzburqlu idisә –
ürәyindә bu hәyata qarşı elә dәhşәtli bir sevgi duyurdu ki, gözlәri
yaşla dolurdu.
Corc tribunanın örtüyü altında qaranlıqda Helen Vaytla yanaşı
oturmuşdu. O, bütün bu mövcudiyyәtin içindә özünün necә
әhәmiyyәtsiz bir varlıq olduğunu dәrindәn hiss edirdi. Corc
başları öz işlәrinә qarışan adamların laqeydliyindәn әsәbilәşәrәk,
qәsәbәdәn uzaqlara, bura gәlmişdi vә indi o әsәb artıq keçib-
getmişdi. Helenin yanında olması ona yeni bir ruh vermiş, onu
gümrahlaşdırmışdı. Sanki bu qızın zәrif әllәri Corca öz hәyat
qurğusunun nasaz tellәrini, qırılmış simlәrini tәzәdәn quraşdır -
ma ğa kömәk edirdi. O, yaşadığı qәsәbәnin adamlarına qarşı
qәlbindә sevgiyә bәnzәr bir hiss olduğunu duyurdu. Corc ürәyindә
Helenә mәhәbbәt bәslәyirdi. O, Heleni sevmәk istәyir, Helenin
dә onu sevmәsini arzulayırdı vә bu an Helendәki gözәlliyin vә
qadın zәrifliyinin onu çaşdırmasını heç istәmirdi.
Corc qaranlıqda Helenin әlindәn tutdu vә qız ona yaxınla -
şan da bir әlini dә qızın çiyninә qoydu. Külәk әsmәyә başladı,
Corc titrәdi. O, bütün gücü ilә ruhuna hakim kәsilmiş bu әhvali-
ruhiyyәnin izahını tapmağa çalışdı.
İndi bu hündür tribunada qaranlıqda oturan iki adam bir-
birlәrinә bәrk-bәrk sıxılıb nәyisә gözlәyirdilәr. Onların ikisi dә
eyni şeyi düşünürdü: “Gecәnin bu vәdәsindә gözdәn-qulaqdan
uzaq bir yerdә oturmuşam vә o da mәnim yanımdadır”.
Vaynzburqda gәrgin bir gün sona çatıb, yerini son payızın
uzun gecәsinә vermişdi. Ferma atları üstlәrindә yorğun adamları
daşıyaraq tәnha kәnd yollarında asta-asta gedirdilәr. Satıcılar
satılacaq malların nümunәlәrini yol kәnarlarından yığıb içәri
daşıyır vә mağazaların qapısını bağlayıb evlәrinә getmәyә
hazırlaşırdılar. Opera Hauzda tamaşaya baxmaq üçün bir dәstә
adam yığılmışdı. Meyn küçәsindәki skripkaçılar rәqs otağının
206