Page 211 - anderson_Макет 1
P. 211

Əlvida, Vaynzburq!

             – Uğurlar sәnә, Corc! – aydın sәslә dedi vә sonra stansiyadan
          uzaqlaşıb yoluna davam etdi.
             Qatar stansiyaya yaxınlaşanda Corc içindә bir rahatlıq hiss
          etdi. O, yeyin addımlarla qatara tәrәf getdi. Bu zaman Helen
          Vayt da Corcla vidalaşmaq üçün onunla son dәfә danışmaq ümidi
          ilә Meyn küçәsindәn keçib qaça-qaça stansiyaya tәrәf gәlirdi.
          Amma Corc artıq qatarda yerini tutduğu üçün Helen  Vaytı
          stansiyada görә bilmәdi. Qatar yola düşәndә Tom Littl Corcun
          biletini yox la dı vә ona gülümsündü. Corcu yaxından tanısa da,
          onun hansı macә ra larla üzlәşәcәyini bilsә dә, heç nә demәdi.
          Tom Corc kimi öz hәyatını dәyişmәk ümidi ilә şәhәrә köçәn
          minlәrlә adam görmüşdü. Corcun biletini qeydiyyatdan keçirdikdәn
          sonra başqa sәrnişinlәrә yaxınlaşdı. Siqaret çәkilәn kabinәdә
          sәrnişinlәrdәn biri Tomu Sәndaski körfәzindә balıq tutmağa dәvәt
          edirdi. Tom bu tәklifi qәbul etmәk vә hәmin adamla bu mәsәlә
          haqqında әtraflı danışmaq niyyәtindә idi.
             Corc kiminsә ona baxmadığına әmin olmaq üçün әtrafdakı
          adamlara göz gәzdirdikdәn sonra pulqabını çıxarıb pulunu saydı.
          Bu sәfәri qәrarlaşdırandan bәri әsas mәqsәdi başqalarının yanında
          әfәl vә naşı adam kimi görünmәmәk idi. Corc yeni hәyatında
          bütün davranış vә hәrәkәtlәrini atasının dediyi sonuncu sözlәrә
          görә nizamlayacaqdı.
             – Ayıq ol, Corc, – Tom Villard ona belә demişdi, – pulundan,
          әşyalarından muğayat ol. Al, bu da biletin. Çalış elә et ki, heç kәs
          sәnin xam adam olduğunu düşünmәsin.
             Corc pulunu sayıb qurtarandan sonra pәncәrәdәn çölә baxdı
          vә qatarın hәlә dә Vaynzburqda olduğunu görәrәk tәәccüblәndi.
             Doğma kәndini tәrk edib hәyatın yeni macәraları ilә tanış
          olmağa hazırlaşan Corc dәrin fikirlәrә qәrq oldu. Amma o, elә dә
          böyük vә önәmli şeylәr haqqında düşünmürdü. Anasının ölmәyi,
          Vaynzburqu tәrk getmәyi, şәhәrdә onu gözlәyәn namәlum tale,
          hәyatına tәsir edәcәk әn önәmli mәqamlar indi Corcu bir elә
          narahat etmirdi. Onun xәyalı tamam başqa şeylәrlә mәşğul idi.

                                                                  211
   206   207   208   209   210   211   212   213   214   215   216