Page 210 - anderson_Макет 1
P. 210
Şervud Anderson
parıldadığı qaranlıq qış gecәlәrindә, qәmgin külәklәrin sarı
yarpaqları ağaclardan ayırdığı yağışlı payız günlәrindә, hәr
tәrәfdәn quşların nәğmәlәrinin, hәşәratların sәs-küyünün eşidil -
diyi isti yay axşamlarında o, bura gәlәr vә fikirli-fikirli әtrafındakı
gözәl mәnzәrәlәri seyr edәrdi. Hәmin aprel sәhәri dә Corc ora
gedib sakitcә gәzişmәk istәyirdi. O, qәsәbәdәn iki mil aralıdakı
çayın sahilinә tәrәf dönәn yola qәdәr gәldi, sonra isә geri dönüb
Meyn küçәsinә üz tutdu.
Meyn küçәsinә çatanda dükanların qabağını süpürәn
süpürgәçilәr:
– Hә, Corc, bir de görәk nә fikirlәşirsәn? Vaynzburqu qoyub
getmәk necә hissdir? – deyә sorğu-suala başladılar.
Qәrbә gedәn qatarlar sәhәr saat sәkkizә on beş dәqiqә qalmış
Vaynzburqu tәrk edirdilәr. Tom Littlin bәlәdçi olduğu qatar
Klivlendi keçdikdәn sonra Çikaqo vә Nyu Yorkdakı terminallara
aparan böyük dәmiryol xәtti ilә birlәşirdi. Bu sәfәrlәr Tom üçün
çәtin olmasa da, axşamlar evә yorğun-arğın qayıdırdı. Payız vә
yazın şәnbә günlәrindә İәri gölündә balıq tuturdu. Onun yumru
üzü, qırmızı yanaqları vә balaca, mavi gözlәri var idi. Yanından
keçdiyi qәsәbәlәrin adamlarını, çox insanın öz qonşusunu
tanıdığından da yaxşı tanıyırdı.
Corc saat yeddidә “Nyu Villard Hauz” mehmanxanasından
çıxdı. Çantasını atası Tom Villard götürmüşdü. Yanaşı addımla -
yar kәn Corcun, atasından hündür olduğu hiss edilirdi.
Stansiyada hamı Corc Villardın әlini sıxıb onunla sağollaşdı.
Onu yola salmaq üçün perrona onbeş-iyirmi nәfәr yığılmışdı.
Qatarı gözlәyәrkәn söhbәtә başladılar. Hәtta tәnbәlliyinә görә ad
çıxarmış, sәhәr saat doqquza qәdәr yatan Vill Henderson da
Corcu yola salmaq üçün stansiyaya gәlmişdi. Corc bu qәdәr ada -
mın qarşısında utanırdı. Vaynzburq poçtunda işlәyәn әlliyaşlı,
hün dür boy, arıq qadın olan Certrud Vilmot da Corcu yola salanlar
ara sında idi. Әvvәllәr Corcla çox da ünsiyyәtdә olmayan bu qa -
dın Corca yaxınlaşıb әlini sıxdı vә hәr kәsin ürәyindә olan sözü
sәslәndirdi.
210