Page 207 - anderson_Макет 1
P. 207

Yetkinlik

          döşәmәsi üstündә süzәn ayaqların dayanmaması üçün qan-tәr
          içindә çalmağa davam edirdilәr.
             Helen Vaytla Corc Villard isә tribunadakı qaranlıqda sakitcә
          oturmuşdular. Onlar bir anlıq tilsimi sındırıb bir-birlәrinә tәrәf
          döndülәr vә solğun işıqda bir-birlәrinin gözlәrini görmәk istәdilәr.
          Corc Helenin dodaqlarından öpdü. Amma bu öpüş uzun sürmәdi.
             Yarmarka meydanının aşağısından sәs-küy eşidildi. Beş-altı
          nәfәr yarışlarda iştirak edәn atları yerbәyer etmәklә mәşğul idi.
          Onlar ocaq qalayıb su qaynadırdılar. İşığın çevrәsindә onların
          yalnız irәli-geri gedәn ayaqları görünürdü vә külәk әsdikcә
          alovun dalğaları çılğın bir rәqsә başlayırdı.
             Corc vә Helen ayağa qalxıb qaranlıqda gәzmәyә başladı.
          Biçilmәmiş qarğıdalı sahәsinin yanındakı cığırdan keçdilәr. Quru
          qarğıdalı qabıqları arasından külәklәrin pıçıltısı eşidildi. Qәsәbәyә
          qayıdarkәn onları bir-birindәn uzaq tutan bir az әvvәlki tilsim
          artıq yoxa çıxmışdı.  Votervörks Hill tәrәfdә ağacın altında
          dayandılar. Corc әllәrini qızın çiyinlәrinә qoydu. Helen onu çıl -
          ğın casına qucaqladı, sonra yenidәn aralandılar. Bu öpüş dә sona
          çatdı vә onlar yenidәn bir-birlәrinә qarşı saf bir sevgi, izahedilmәz
          bir heyranlıq duydular. İkisi dә onları saran utancaqlıqdan yaxa
          qurtarmaq üçün ehtiraslarına tabe oldular. Bir-birlәrinә baxıb
          güldülәr, bir-birlәrini itәlәmәyә, qollarından tutub çәkmәyә
          başladılar. Duyğuların tәsiri ilә onlar artıq oğlan-qız, yaxud da
          qadın-kişi deyildilәr. Onlar körpә vә çılğın heyvan yavrularına
          çevrilmişdilәr.
             Belәcә, bu gәnc dünyanın qaranlığında körpә vә çılğın heyvan
          yavruları kimi oynaya-oynaya yamacdan aşağı endilәr. Qabağa
          qaçarkәn Helen Corcu itәlәdi. Corc yıxıldı vә sәsini yüksәldib
          qışqırmağa başladı. Gülüşündәn titrәyә-titrәyә tәpәdәn aşağı
          yuvarlandı. Helen dә onun ardınca qaçdı. Sonra bir anlıq qaranlıqda
          dayandı. Hәmin an onun qadın qәlbindәn nәlәrin keçdiyini
          anlamaq mümkün deyildi.


                                                                   207
   202   203   204   205   206   207   208   209   210   211   212