Page 205 - anderson_Макет 1
P. 205
Yetkinlik
vadisindәki alçaq tәpәnin üstündә yerlәşir vә hәmin tribunadan
gecәlәr qarğıdalı sahәlәri, sahәlәrdәn o tәrәfdә yanmağa başlayan
vә sәmada әks olunan qәsәbә işıqları görünür.
Corc vә Helen Votervörks Pondun yanındakı cığırdan keçәrәk,
tәpәni qalxıb Yarmarka meydanına gәldilәr. Günorta qәsә bә nin
izdihamlı küçәlәrini gәzәrkәn Corcu üzәn tәnhalıq vә kimsәsizlik
hissi yanındakı qızın tәsiri ilә hәm sәngimiş, hәm dә sanki daha
da şiddәtlәnmişdi. İndi onun hiss etdiklәrini Helen dә hiss edirdi.
Gәnclik illәrindә insanın içindә iki güc bir-biri ilә mübarizә
aparır. Coşqun, qayğısız vә ötәri duyğular insanın düşüncәlәrinә
vә xatirәlәrinә hәmişә düşmәn kәsilir. İndi Corc daha anlaşılmaz
vә nostalji bir әhvali-ruhiyyәdә idi. Bunu hiss edәn Helen Corcun
yanıyla addımladıqca ürәyindә ona qarşı dәrin bir ehtiramın
yarandığını hiss edirdi. Meydandakı tribunaya çatdıqdan sonra
üstündә dam örtüyü olan vә skamyaya bәnzәyәn uzun bir
oturacaqda әylәşdilәr.
İllik yarmarkanın keçirildiyi günün gecәsindә Mәrkәzi
Amerikanın kiçik bir qәsәbәsindә yerlәşәn o Yarmarka meydanına
gedib, kiminlәsә orada görüşmәyin özünәmәxsus bir xatirәsi var.
Bu xatirә heç vaxt unudulmayacaq xatirәlәr sırasında yer tutur.
Hәr tәrәfdә ruhlar dolaşır, amma onlar ölәnlәrin yox, yaşayanların
ruhlarıdır. Buraya gün әrzindә әtraf qәsәbәlәrdәn vә kәndlәrdәn
insanlar axışıb gәlmişdi. Öz taxta evlәrindәn çıxaraq, arvad-
uşaqlarını da özlәri ilә gәtirәn fermerlәr bütün günü bu taxta
divarların әhatәsindә olmuşdular. Cavan qızlar deyib-gülmüş,
saqqallı kişilәr öz hәyatlarından, iş-güclәrindәn danışmışdılar.
Bu meydan gün әrzindә hәyatla dolub-daşmış, onun hәr qarışında
hәyat qaynayıb coşmuşdu. İndi isә gün bitmiş, gecә gәlmişdi vә
o hәyat da artıq bu meydanı tәrk edib getmişdi. İndi o meydanda
hәr tәrәfi saran sükutün dәhşәti hiss olunurdu... Hәmin an hansısa
ağacın altında sakit-sakit dayanan bir insan bu mәnzәrәnin tәsiri
ilә oyanmağa başlayan xatirәlәrinin pәncәsindә çırpınmaqda idi.
205