Page 201 - anderson_Макет 1
P. 201
Yetkinlik
oğlanı onun yanında görәnlәr çox şey düşünәcәk. Helen gün
boyu özünü xoşbәxt hiss edirdi, amma axşam düşәn kimi narahat
olmağa başladı. Artıq kollec müәllimindәn canını qurtarmaq
istәyirdi. Tribunada oturduqları vaxt Helen köhnә sinif yoldaşlarının
onlara baxdığını görüb, yanındakı oğlanla daha yaxın ünsiyyәtdә
olduğunu göstәrmәk istәmişdi. Onun bu davranışları oğlana daha
çox cәsarәt vermişdi. O, qızın yanında oturub: “Elm adamının
hәmişә pula ehtiyacı olur. Mәn dә gәrәk varlı qızla evlәnim”, –
deyә fikirlәşirdi.
Corc Heleni düşünәrәk camaat arasında veyil-veyil dolaşdığı
vaxt Helen dә onun haqqında fikirlәşirdi. O, Corcla gәzdiyi
hәmin yay axşamını xatırlayır vә yenә dә kәnd küçәlәrini onunla
yanaşı gәzmәk istәyirdi. Helenә elә gәlirdi ki, şәhәrdә keçirdiyi
aylar, tez-tez teatra getmәyi, magistral yollarda ora-bura axışan
böyük insan kütlәlәrini görmәk onu tamam dәyişib. İstәyirdi ki,
Corc da bu dәyişikliyi hiss etsin.
Corcla Helenin xatirәsinә çevrilәn o yay axşamındakı görüş,
әslindә, elә dә maraqlı keçmәmişdi. Onlar bir xeyli gәzәrәk
qәsәbәdәn uzaqlaşmışdılar. Sonra balaca qarğıdalı kollarının
bitdiyi әkin sahәsinin kәnarında, çәpәrin yanında dayanmışdılar.
Corc pencәyini çıxarıb qoluna almışdı. O:
– Hә, düzdür. Mәn burda, Vaynzburqda yaşamışam. Başqa
bir yerә hәlә getmәmişәm. Amma hiss edirәm ki, artıq böyüyürәm,
– demişdi. – Mәn çoxlu kitab oxuyuram, çox şeylәri anlayıram.
Bu hәyatda özümә yer tutmağa çalışıram. Nә isә, mәn bunu
demәk istәmirdim. Yaxşısı, ümumiyyәtlә, heç danışmayım.
Corcu bir çaşqınlıq yaxalamışdı vә sәsi titrәyә-titrәyә dediyi
bu sözlәrdәn sonra әli ilә qızın qolundan tutmuşdu. Daha sonra
onlar tәzәdәn qәsәbәyә qayıtmışdılar. Kefi pozulsa da, Corc yenә
lovğalanmağa başlamışdı:
– Mәn böyük adam olacam, Vaynzburqun yetirdiyi әn böyük
adam. Sәndәn bir şey istәyirәm. Amma tam olaraq bilmirәm bu
nәdir. Bәlkә dә, mәnim qarışmağım düz deyil. İstәyirәm, sәn
201