Page 202 - anderson_Макет 1
P. 202

Şervud Anderson

            başqa qadınlardan fәrqli olasan. Mәni başa düşürsәn? Bәlkә dә,
            fikirlәşәrsәn ki, bunun mәnә dәxli yoxdur. Amma çox istәyirәm
            ki, sәn gözәl bir qadın olasan. Nә demәk istәdiyimi başa düşürsәn?
                Sonra oğlanın sәsi kәsilmişdi. Onlar sükut içindә qәsәbәyә
            qayıtmış, Helen Vaytın evinә gәlmişdilәr. Hәyәtin qapısı ağzında
            oğlan nәsә tәsirli sözlәr demәyә çalışmışdı, amma fikrindә
            tutduqları hәmin an ona mәnasız görünmüşdü.
                – Mәn elә bilirdim... Mәnә elә gәlirdi, sәn Ses Riçmondla
            evlәnәcәksәn. İndi bilirәm ki, onunla evlәnmәyәcәksәn. – Corc
            ancaq bu sözlәri deyә bilmişdi vә qız darvazanın yanında ondan
            ayrılıb hәyәtdәn keçәrәk evlәrinin qapısına tәrәf getmişdi.
                Corc yarmarka keçirilәn o mülayim payız axşamında pillәkәndә
            dayanıb Meyn küçәsindәn keçәn kütlәyә baxa-baxa bütün bunları
            yadına salır, qarğıdalı sahәsinin yanında dediklәrinә vә bu sözlәrlә
            özünü gülünc vәziyyәtә saldığına görә xәcalәt hissi keçirirdi.
            Küçәdәki camaat örüşdәki heyvanlar kimi qaynaşırdılar. Faytonlar
            vә arabalar dar küçәni, demәk olar, tamam doldurmuş du.
            Çalğıçıların sәsi hәr tәrәfi ağzına almışdı. Balaca oğlan uşaq la rı,
            az qala, böyüklәrin ayaqları arasından sivişib keçәrәk, sәki
            boyunca o tәrәfә, bu tәrәfә qaçışırdılar. Yanaqları qızarmış gәnc
            oğlan vә qızlar qol-qola gәzişirdilәr. Mağazalardan birinin üst
            mәrtәbәsindә rәqs dәrslәri keçirilir, skripkaçılar öz alәtlәrini
            köklәyirdilәr. Otağın açıq pәncәrәsindәn çölә çıxan qırıq-qırıq
            sәslәr küçәdәki sәslәrlә, trubaların yüksәk sәdaları ilә qarışırdı.
            Bütün bu hay-küy gәnc Corcun әsәblәrinә toxunurdu. Onun hәr
            tәrәfini qaynayan, coşub-daşan bir hәyat әhatә elәyirdi. O qaçıb
            getmәk, tәk qalıb düşünmәk istәyirdi.
                – Әgәr axıracan onunla qalmaq istәyirsә, qoy qalsın. Nәyimә
            lazım? Mәnim üçün nә fәrqi? – deyә mızıldanan Corc Meyn
            küçәsinә çıxdı, Hernin әrzaq mağazasından keçib yanaşı küçәyә
            buruldu.

         202
   197   198   199   200   201   202   203   204   205   206   207