Page 209 - anderson_Макет 1
P. 209

ӘLVİDA, VAYNZBURQ!


             Corc Villard yuxudan sәhәr saat dörddә oyandı. Hәmin gün
          aprelin adi günlәrindәn idi. Yazın gәlişi hәr yerdә hiss olunurdu.
          Ağaclar tәzә-tәzә yarpaqlamağa başlamışdı. Bahar külәklәri
          әsdikcә Vaynzburq küçәlәrinin kәnarlarına әkilmiş ağcaqayınların
          toxumları havada rәqs edir vә sonra torpağa qonaraq xalça kimi
          ayaqların altına sәrilirdilәr.
             Corc әlindә qәhvәyi rәngli dәri çanta ilә pillәkәni enib
          mehmanxananın idarә otağına gәldi. Onun yol çantası çoxdan
          hazırlanmışdı. Corc saat ikidәn bugünkü sәfәri haqqında düşünür,
          bu sәfәrin onun taleyinә necә tәsir edәcәyini götür-qoy edirdi.
             Mehmanxananın idarә otağındakı oğlan qapının yanındakı
          çarpayıda uzanmışdı. O, özündәn xәbәrsiz, ağzıaçıq halda xorul-
          daya-xoruldaya yatırdı. Corc oğlanın yanından ötüb sakit vә
          bomboş küçәyә çıxdı. Dan yerinin şәfәqlәri Vaynzburq göylәrini
          çәhrayı rәngә boyamışdı. Uzun işıq zolaqları hәlә dә batmamış
          ulduzların parıldadığı göy üzündә bәrq vururdu.
             O vaxtlar Trunyon Paykdakı axırıncı evlәrdәn sonra geniş vә
          açıq әkin sahәlәri uzanırdı. Bu әkin sahәlәrinin sahibi şәhәrdә
          yaşayan vә axşamlar öz cırıltılı faytonları ilә Trunyon Paykdan
          keçәn fermerlәr idi. Hәmin sahәlәrdә müxtәlf gilәmeyvә kolları
          vә meyvә ağacları әkilmişdi. İsti yay axşamlarında yollar vә әkin
          sahәlәri tozla örtülәndә  Vaynzburq düzlәrinin üstündәn qatı
          duman asılırdı. Diqqәtlә baxdıqda bu mәnzәrә insana dәnizi
          xatırladırdı. Hәr tәrәfin yaşıllığa qәrq olduğu yaz günlәrindә isә
          Vaynzburq düzәnliklәri uzaqdan hәşәrat boyda görsәnәn insanların
          durmadan o tәrәfә, bu tәrәfә gedib-gәldiyi geniş vә yamyaşıl
          bilyard masasına bәnzәyirdi.
             Corc Villard uşaqlıqda da, yeniyetmәlik vә gәnclik illәrindә
          dә Trunyon Paykda gәzişmәyi çox sevәrdi. O, buraları hәr fәsildә
          böyük şövqlә gәzirdi. Әtrafın qarla örtüldüyü, göydә yalnız ayın

                                                                  209
   204   205   206   207   208   209   210   211   212   213   214