Page 212 - anderson_Макет 1
P. 212

Şervud Anderson

                Hәmin an Corc hәr sәhәr üstünә lövhәlәr yığılmış arabası ilә
            Vaynzburq küçәlәrindәn keçәn Törk Smolleti, nә vaxtsa birgecәlik
            atasının mehmanxanasında qalan hündür, gözәl geyimli qadını,
            yay axşamları әlindә fәnәr küçәlәri tәlәm-tәlәsik gәzib işıqları
            yandıran Batç Vileri, Vaynzburq poçtunda pәncәrә önündә dayanıb
            zәrfin üstünә möhür vuran Helen Vaytı düşünürdü.
                Corc indi büsbütün xәyala qapılmışdı. Kәnardan baxan
            olsaydı, onun ayıq, fәrasәtli bir oğlan olduğunu fikirlәşmәzdi. O,
            Vaynzburq xatirәlәrini düşünә-düşünә gözlәrini yumub arxaya
            söykәndi. Uzun müddәt belәcә qaldı. Gözlәrini açıb pәncәrәdәn
            çölә baxanda isә artıq  Vaynzburqun bütünlüklә arxada qalıb
            gözdәn itdiyini gördü vә anladı ki, Vaynzburqdakı hәyatı gәlәcәk
            arzuları üçün ilham mәnbәyi olacaq şirin xatirәlәr toplusuna
            çevrilib.



































         212
   207   208   209   210   211   212   213   214   215   216