Page 194 - anderson_Макет 1
P. 194

Şervud Anderson

            altından çıxarır, yana doğru açırdı. Ona elә gәlirdi ki, hәmin
            qarasaçlı cavanın cildinә girmiş ölüm o oğlanın әllәri ilә onun
            әllәrinә toxunur.
                – Bir az sәbrin olsun, sevgilim, – pıçıltı ilә deyirdi, – kaş sәn
            hәmişә belә cavan, yaraşıqlı olasan, bir az da, bir az da sәbirli
            ola san.
                Xәstәliyinin әn ağır günlәrindә oğlu Corca gizlәtdiyi sәkkiz
            yüz dollar haqqında artıq heç nә deyә bilmәyәcәyini anlayan Eli -
            za bet yatağından güc-bәla ilә qalxdı, otaqda sürünә-sürünә o
            qarasaçlı ölümdәn bircә saatlıq möhlәt istәdi:
                – Gözlә, cavan oğlan, gözlә. Tәlәsmә, gözlә.
                Onun bu yalvarışları bir qızın vüsal anında sevgilisinin
            öpüşlәrindәn, güclü qollarından xilas olmaq üçün etdiyi yalvarışlara
            bәnzәyirdi.
                Elizabet martda öldü. Oğlu Corcun on sәkkiz yaşı tamam
            olanda öldü. Onda Corc hәlә ölümün nә demәk olduğunu yaxşı
            anlaya bilmirdi. Bunun nә demәk olduğunu ona yalnız zaman
            başa sala bilәrdi. O artıq bir ay idi ki, evә gәlәrkәn anasının dil-
            siz-ağızsız, sakitcә, rәngi-ruhu ağarmış halda çarpayısında yatdığını
            görürdü. Bir axşamçağı hәkim onu görüb, hәr şeyi izah etmәyә
            çalışdı.
                Gәnc oğlan otağına girib qapını bağladı. O, sinәsindә, qarnında
            nәsә qәribә bir boşluq hiss edirdi. Gözünü döşәmәyә zillәyәrәk,
            azca oturduqdan sonra gәzmәk üçün küçәyә çıxdı. Dәmir yolu
            boyu asta-asta yeridi, yaşayış evlәrinin yerlәşdiyi küçәlәrә döndü,
            hündür mәktәb binasının yanından keçdi. Bütün bu dәqiqәlәr
            әrzindә ancaq öz işlәri haqqında düşündü. Anasının ölmәsi dә
            onu öz fikirlәrindәn ayıra bilmirdi vә o, anasının mәhz bu gün
            ölmәsinә bir az әsәbilәşmişdi. Çünki hәmin gün o, bank işçisinin
            qızı Helen Vaytdan cavab mәktubu almışdı.
                – Bu gün biz görüşmәliydik, amma indi baş tutmayacaq, – o,
            yarıәsәbi halda fikirlәşirdi.

         194
   189   190   191   192   193   194   195   196   197   198   199