Page 189 - anderson_Макет 1
P. 189
Ölüm
Elizabet Villard hәlә beş yaşında olarkәn itirdiyi anasını
xatırlamırdı. Onun yeniyetmәlik çağları әn çәtin zamanlara
düşmüşdü. Atası tәkliyә can atan birisi idi, amma mehmanxana -
da kı işlәr ona tәk olmağa imkan vermirdi. İndi o da dünyada yox
idi. Hәr gün o, şәn әhvali-ruhiyyәdә yuxudan oyansa da, sәhәr
saat ona qәdәr heç bir sәbәb olmadan bütün sevinci yoxa çıxardı.
Adi şeylәrdәn әsәbilәşәr, hansısa qonaq mehmanxananın
yemәklәrindәn şikayәtlәnәndә, işçilәrdәn hansısa qızın ailә
qurduğu üçün daha işlәmәyәcәyini öyrәnәndә ayaqlarını qәzәblә
yerә vurar vә ağızdolusu söyәrdi. Gecәlәr yatağına girәndә isә
qızı haqqında fikirlәşәrdi. Qızının hotelә axışan bu qәdәr adam -
ların arasında necә böyüdüyünü düşündükcә onu dәrd götürәrdi.
Elizabet artıq gәnclik yaşında tәzә-tәzә oğlanlarla münasibәt
qurub gәzmәyә çıxdığı vaxtlarda atası onunla danışmağa çalışdı.
Amma neçә dәfә cәhd etsә dә, alınmadı. Hәr dәfә danışmağa
başlayanda nә deyәcәyini unutdu vә yalnız öz işlәrinin yaxşı
getmәdiyindәn şikayәtlәnәrәk, söhbәti birtәhәr yola verdi.
Gәnclik illәrindә Elizabet әsl macәrapәrәst bir qız idi. Bu
macәralara elә qapılmışdı ki, on sәkkiz yaşı olanda artıq bakirә
deyildi. Amma әri Tom Villardla ailә qurmazdan әvvәl çoxlu
sevgililәri olsa da, o, heç zaman bu münasibәtlәri şәhvәt hisslәri -
nin üzәrindә qurmamışdı. Bütün qadınlar kimi, onun da arzusu
sevib-sevilmәk idi. O, daim nәyisә axtarır, kor-koranә bir ehtirasla
hәyatın hansısa gizli möcüzәsini tapmağa çalışırdı. Ağacların
altında sevgililәri ilә gәzәrkәn hündürboy, gözәl Elizabet hәmişә
qollarını açar, sanki әli ilә qaranlıqda başqa bir әli tutmağa can
atardı. Ona deyilәn sevgi dolu sözlәrә inanmaq istәyәr vә o
sözlәrin hansının doğru olduğunu bilmәyә çalışardı.
Elizabet atasının mehamanxanasında işlәyәn Tom Villardla
evlәnmişdi. Tom Villard Elizabetin ailә qurmaq istәdiyi vaxtlarda
qarşısına çıxdığı üçün bu nikah asanlıqla baş tutmuşdu.
Bütün gәnc qızlar kimi, Elizabet dә düşünürdü ki, evlilik
onun hәyatını büsbütün dәyişәcәk. Ona görә dә Tom Villardla
189