Page 184 - anderson_Макет 1
P. 184

Şervud Anderson

                Tom Corc Villardı çaşdırmışdı. O, Corca Helen Vayt haqqında
            danışır, onunla sahildә görüşdüyünü vә sevişdiklәrini deyirdi.
            Corc Helen Vaytı axşamüstü atası ilә evlәrinә gedәrkәn gördüyü
            üçün Tomun yalan dediyini dәrhal anladı. Corc Villard da Helen
            Vayta vurulmuşdu, ona görә dә Tomun bu sözlәrindәn sonra o,
            әsәblәrinә hakim ola bilmәdi:
                – Bәsdi, kәs sәsini, – dedi, – mәn qoymaram ki, ona şәr
            atasan. Başa düşürsәn? Qoymaram, – Corc  Tomu ayıltmağa
            çalışırmış kimi çiyinlәrindәn tutub silkәlәdi. – Sakit ol, danışma,
            bir dә onun adını çәkmә.
                Belәcә, onlar düz üç saat bir yerdә oldular.  Tomun azca
            özünә gәldiyini gördükdә Corc onu ayağa qaldırıb özüylә gәzmәyә
            çıxardı. Onlar kәndin içinә tәrәf gәldilәr, meşәnin kәnarındakı
            kötüyün üstündә әylәşdilәr. Sakit vә sәssiz gecәdә onları nә isә
            yaxınlaşdırmış vә bir-birinә dost elәmişdi. Birazdan yenidәn
            söhbәt elәmәyә başladılar.
                Tom:
                 – Keflәnmәk yaxşı şeydi, – dedi, – mәnә çox şey öyrәtdi.
            Bir dә içib keflәnmәyәcәm. Bundan sonra bir şeyi elәmәzdәn
            qabaq daha çox düşünәcәm, başa düşürsәn dә mәni?
                Corc onu başa düşmürdü, amma artıq qәzәbi soyuduğundan
            indi titrәyә-titrәyә danışan bu solğun üzlü oğlana qarşı ürәyindә
            әvvәllәr heç kәsә duymadığı bir şәfqәt vә dostluq hissi oyanmışdı.
            O, Tomu yenidәn ayağa qaldırdı vә sanki bir ana qayğısı ilә ona
            kömәk edib, yenidәn bayaqkı otağa apardı. Onlar yenә qaranlıqda
            oturdular.
                Corc  Tomun bayaqkı sözlәri nә üçün dediyini başa düşә
            bilmirdi. Birazdan Tom yenә Helen Vayt haqqında danışmağa
            başladı. Corc yenә qәzәbini saxlaya bilmәdi vә Tomun üstünә
            çığırdı.
                – Demirәm, onun haqqında danışma? Sәn onunla bir yerdә
            olmamısan. Niyә yalan danışırsan? Niyә yalandan deyirsәn ki,


         184
   179   180   181   182   183   184   185   186   187   188   189