Page 179 - anderson_Макет 1
P. 179

Sәrxoşluq

             Tom bir dәfә oğurluq da etmişdi. Hәmin vaxtlar şәhәrdә
          yaşayırdı. Nәnәsi xәstә idi, özü isә işlәmirdi. Evdә yemәyә heç
          nә yox idi. Tom mağazaya girib siyirmәdәki bir dollar otuz yeddi
          senti götürmüşdü.
             Qoşqu lәvazimatları mağazasının sahibi uzunbığlı qoca bir
          kişi idi. O, oğlanın bayaqdan bәri qapı ağzında pusduğunu
          görmüş, amma ona mәhәl qoymamışdı. Küçәyә çıxıb arabaçı ilә
          söhbәt etmәyә başlayanda Tom içәri girmiş, pulu götürәrәk qaç -
          mış dı. Sonra  Tomun bu işinin üstü açılmış vә nәnәsi bir ay
          әrzindә hәftәdә iki dәfә mağazanı süpürәcәyini deyәrәk, mәsәlәnin
          üstünü ört-basdır edә bilmişdi. Tom onda çox utanmış vә nәnәsinә
          belә demişdi:
             – Amma utanmaq yaxşı şeydi, adama tәzә şeylәr öyrәdir,
          adama bilmәdiklәrini başa salır.
              Nәnәsi onu elә çox istәyirdi ki,  Tomun dediklәrinә fikir
          vermәsә dә, bu sözlәrdәn sonra onu qucaqlamış vә “hә, düz
          deyirsәn, Tom” deyib onun sözlәrini tәsdiqlәmişdi.
             Tom bir il cәnab Vaytın hәyәtindә mehtәrlik etdikdәn sonra
          buradakı işini itirdi. O, atlara yaxşı baxmadığı üçün xanım Vaytı
          әsәbilәşdirirdi. Xanım Vayt ona çәmәnlikdәki otları biçmәsini
          tapşırır, Tom isә unudurdu. Onu mağazaya, ya da poçta göndәrir,
          amma Tom işini görüb qayıtmaq әvәzinә oğlanlara qoşulur, ya
          da yol qırağındakı kişilәrin yanında dayanıb sakit-sәssiz, heç nә
          demәdәn onlara qulaq asır, arabir kimsә nәsә soruşanda bir-iki
          kәlmә söz deyir vә belәcә, axşamacan evә qayıtmırdı.  Tom
          Sinsinnatidә fahişәxanaların yerlәşdiyi küçәlәrdәn keçib, axşa -
          ma can mәktub payladığı, gecәyarısına qәdәr oğlanlarla avara -
          lan dığı zamanlardakı kimi, Vaynzburqda da insanlarla qay     nayıb-
          qarışır, bәzәn dә özünü onlardan tәcrid etmәyә çalışırdı.
             Cәnab Vaytın hәyәtindәki işi itirdikdәn sonra o daha nәnәsi
          ilә yaşamadı. Amma nәnәsi hәr axşam Tomun tutduğu kirayә evә
          gәlib onu ziyarәt etdi. Tomun yaşadığı ev Meyn küçәsindәn bir
          az aralıda, Dveyn küçәsindә Rafs  Vaytinqә aid olan binada
          yerlәşirdi. Uzun illәr hüquqşünas Rafs Vaytinq bu binadan ofis

                                                                  179
   174   175   176   177   178   179   180   181   182   183   184