Page 176 - anderson_Макет 1
P. 176
Şervud Anderson
SӘRXOŞLUQ
Tom Foster Sinsinnati әyalәtindәn Vaynzburqa köçәndә
yaşının elә vәdәlәrindә idi ki, gördüyü hәr şey yadında qalır vә
çәtin unudulurdu. Onun nәnәsi qәsәbәyә yaxın fermaların birindә
böyümüş vә mәktәbә dә Vaynzburqda getmişdi. O vaxt Vaynzburq
Trunyon Paykdakı böyük mağazanın әtrafında yerlәşәn hәlә
onbeş-iyirmi evdәn ibarәt balaca bir kәnd idi.
Kaş siz o qoca qadının Vaynzburqu tәrk edәndәn sonra necә
çәtin vә mәşәqqәtli hәyat yaşadığını vә bütün әzablara necә
böyük sәbir vә mәtanәtlә dözdüyünü görәydiniz! O, ixtisasca
mühәndis olan әri ilә birgә gah Kanzas, gah Kanada, gah da Nyu
Yorkda mәskunlaşmış, әri öldükdәn sonra isә qızının yanına
köçmüş vә әri kimi ixtisasca mühәndis olan kürәkәninin evindә
Sinsinnati çayının yaxınlığında yerlәşәn Kentaki әyalәtinin Kov-
inqton kәn din dә yaşamışdı.
Sonra Tom Fosterin nәnәsi üçün ağır illәr başlandı. Әvvәlcә
kürәkәni tәtil mitinqlәrinin birindә polis tәrәfindәn öldürüldü,
sonra isә qızı şikәst olub yataq xәstәsinә çevrildi vә çox keçmәdәn
o da öldü. Qoca qadının o vaxta qәdәr әzab-әziyyәtlә yığdığı
pullar da qızının xәstәliyinә vә iki matәm mәrasiminin keçiril -
mә si nә xәrclәndi. Qızının vә kürәkәninin ölümündәn sonra bu
qoca vә çәlimsiz qadın işlәmәk mәcburiyyәtindә qaldı. Bir
müddәt nәvәsi Tomla birgә Sinsinnatidә köhnә әşyaların satıldığı
mağazanın yaxınlığındakı evdә yaşadı. Beş il әrzindә idarә bina -
sın da süpürgәçi, sonra isә restoranların birindә qabyuyan işlәdi.
Elә çox işlәyirdi ki, әllәri qadın әllәrindәn çox, kişi әllәrinә
bәnzә yir di. Süpürgәdәn yapışan o әllәr ağaca sarılan qoca üzüm
tәnәk lә rinin zoğlarını xatırladırdı.
Amma bir gün, nәhayәt ki, yenidәn Vaynzburqa qayıtmaq
üçün imkan әldә elәdi. Axşamların birindә işdәn evә dönәrkәn
içindә otuz yeddi dollar olan pulqabı tapdı. Vaynzburq sәfәri
176