Page 171 - anderson_Макет 1
P. 171

Deyilmәmiş yalan

          tәpәciklәri görsәydiniz, Reyin nә hisslәr keçirdiyini çox yaxşı
          anlayardınız.
             İndi onun yadına gәnclik illәri, atası ilә birgә yaşadığı –
          sonra  Vaynzburqda bir çörәkçi ilә eyni evi bölüşdüyü vaxtlar
          düşürdü. Hәmin günlәr qoz-fındıq yığmaq, dovşan ovlamaq üçün
          hәr gün necә hәvәslә meşәyә gәldiyini, bәzәnsә hәr şeydәn
          yorulub sadәcә siqaretini çәkә-çәkә yaşıl ağacların düzüldüyü
          yamyaşıl meşәdә gәzdiyini xatırlayırdı. Elә o vaxtlarda, o
          gәzintilәrin birindә başına gәlәn hadisә nәticәsindә dә evlәnmişdi.
          Atasının mağazasında gördüyü bir qızla tanış olmuş vә qızı
          başdan çıxarıb görüşә razı salmışdı. İndi Reyin gözlәri önündә
          hәmin axşam yenidәn canlanırdı vә bütün hәyatının hәmin günә
          görә necә dәyişdiyini acı-acı düşünür, içindә hәr şeyә qarşı bir
          qәzәb oyanırdı. Rey yanında dayanan Heli unutmuş, öz-özünә
          danış ma ğa başlamışdı.
             – Mәn necә aldandım, İlahi, hәyat mәni necә aldatdı, necә
          axmaqlıq elәdim, – asta sәslә dilinin ucunda deyirdi.
             Hәmin an sanki onun fikirlәrini oxuyurmuş kimi, Hel Vinterz
          sәhәrdәn bәri Reyә demәk istәdiyi sözlәri, nәhayәt ki, dilinә
          gәtirdi:
             – Hә, Rey, bir de görüm neyniyim. Nә deyirsәn, sәncә, o
          qızla evlәnmәyimә dәyәr? – gülümsәyә-gülümsәyә sözә başladı.
          Üzündә tәbәssüm olsa da, Hel çox ciddi soruşurdu.
             – Sәncә, dәyәr evlәnmәyә, ömrü boyu bu boyda yükü
          daşımağa?
             Hel sualına cavab gözlәmәdәn ayağa qalxıb yerә qalaqlanmış
          qarğıdalıların arasından keçәrәk var-gәl etmәyә başladı. O,
          getdikcә hәyәcanlanırdı. Aşağı әyilib yerdәn bir qarğıdalı götürdü
          vә gücü gәldikcә hasar tәrәfә tulladı.
             – O qızın başını bәlaya salmışam, eşidirsәn? – dedi. – Nel
          Qanseri deyirәm, heç kimә demәyәsәn, bircә sәnә açıram bu sir-
          ri.
             Rey ayağa qalxıb Helә sarı gәldi. Hel әlini boyca özündәn
          böyük olan Reyin çiyninә qoydu. Kәnardan onları bu cür görәn
          olsaydı, әtrafına qırmızı vә sarı tәpәciklәrin sәpәlәndiyi bomboş

                                                                  171
   166   167   168   169   170   171   172   173   174   175   176